UEFA Avropa Liqasının qrup mərhələsində bu gün Bakıda keçiriləcək "Qarabağ"-"Düdelanj" komandalarının oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə ONN media açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, oyunla bağlı bu gün metronun iş qrafikində də dəyişiklik ediləcək: "Oyunla bağlı metropolitendə tədbirlər planı hazırlanıb. "Bakı Metropoiliteni" QSC-nin İdarə Heyətinin sədri Zaur Hüseynov bununla bağlı əmr imzalayıb. Tədbirlər planına əsasən, bu gün metronun "Gənclik" stansiyası gecə saat 00:30-a qədər fəaliyyət göstərəcək. Yəni Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyundan sonra stadiona gəlmiş azarkeşləri sona qədər təhlükəsiz daşımaq üçün "Gənclik" metostansiyası gecə saat 00:30-a qədər sərnişin qəbul edəcək. Bundan başqa, sərnişin sıxlığının yaranmaması üçün stansiya gücləndirilmiş rejimdə çalışacaq. Stansiyaya əlavə işçi qüvvələri artıq cəlb edilib, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib. Ehtiyac yaranarsa, əlavə qatarlar xəttə buraxılacaq və qatarların hərəkət qrafikində dəyişiklik ediləcək".
Qeyd edək ki, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) oyunu saat 21:55-də başlayacaq.Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək - SƏBƏB?



Bakı metrosundan istifadə edənlərə XƏBƏRDARLIQ
Bakı metrosu gücləndirilmiş rejimə keçir
Bakı metrosu bu gün gücləndirilmiş rejimdə çalışacaq
Sabah metro gücləndirilmiş iş rejimində işləyəcək
“Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq
Bakı metrosunda DƏYİŞİKLİK
Bakı metropoliteni bu gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Metronun iş rejimində dəyişiklik edilib
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
Bu metrostansiyası ilə bağlı XƏBƏR VAR
Sabah metronun bu 3 stansiyasında dəyişiklik olacaq
Metro gücləndirilmiş rejimdə çalışacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 