Ölkədə son illər uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib. Lakin, bəzi sahibkarlar tərəfindən ayrılmış vəsailərin təyinatı üzrə istifadə olunmaması, iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir. Belə ki, “Şahsevən Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
ONN media bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin idarə heyətinin sədri Fayəddin Fərmanovun rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşların razılığı olmadan onların adına kredit rəsmiləşdirməklə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən büdcə vəsaitləri hesabına ayrılaraq ona etibar edilmiş güzəştli kredit resursundan təyinatı üzrə istifadə etməyərək fondun 200.000 manat məbləğində pulunu mənimsəməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb və F.Fərmanova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda F.Fərmanovun digər cinayət əməllərini törədib-törətməməsi, eləcə də cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbiləri davam etdirilir. Turkustan.info



Bu vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyuldu
Qanunsuz torpaq satan sədr həbs edildi - Rəsmi
Baş Prokurorluqdan DTX-nin Sərhəd Xidmətindəki əməliyyatı ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda rüşvətxor həkim həbs edildi
Peyvəndlə bağlı məlumatları saxtalaşdıran vəzifəli şəxslər İFŞA OLUNDULAR
Azərbaycanda vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI
Bakıda daha bir əməliyyat- Tutulanlar var
SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifəli şəxs HƏBS OLUNDU
Daha bir vəzifəli şəxs barəsində cinayət içi açıldı
SON DƏQİQƏ: Bakı Ağır Cinayətlər Məhkəməsinin vəzifəli əməkdaşı həbs edildi
Azərbaycanda məşhur şirkət rəhbəri həbs edildi - Milyonlarla yeyinti FAKTI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 