Türk Dünyası Araşdırmaları Vəqfi Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı və erməni problemi” mövzusunda tədbir keçirib. ONN media Azərtac -a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Attar XX əsrin əvvəllərində yaranan Ermənistanın yerləşdiyi ərazinin əslində tarixi İrəvan torpağı olduğunu vurğulayıb. Professor qeyd edib ki, bu bölgələrdə yaşayan və bu torpaqların sahibi olan Azərbaycan türklərinin sürgün edilməsi çar Rusiyasının məkrli planlarının tərkib hissəsi idi. Balkan müharibələri, ermənilərin Türkiyədə və Azərbaycanda törətdikləri vəhşiliklər haqqında danışan A.Attar uzun illər apardığı araşdırmalar nəticəsində əldə etdiyi tarixi faktları diqqətə çatdırıb. Ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımından söhbət açan professor bu qanlı hadisənin ildönümü ilə əlaqədar Türkiyənin müxtəlif bölgələrində keçirilən tədbirlərin Avropa, ABŞ və digər ölkələrdə də təşkilinin vacibliyini qeyd edib. Tədbirdə Türkiyənin bir çox tanınmış elm adamları, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.
İstanbulda “Xocalı soyqırımı və erməni problemi” mövzusunda tədbir keçirildi



Heydər Əliyev Sarayında Xocalı soyqırımının qurbanları anıldı
İstanbulda Metsamor AES-in təhlükələrindən danışıldı
Xocalı soyqırımından 30 il ÖTÜR
Qahirədə Xocalı qurbanları anıldı
Ermənilərin SOCAR-a qarşı təxribatının qarşısı alındı
Türkiyəli səfir Xocalı ilə bağlı paylaşım etdi
İlham Əliyev Xocalı abidəsini ziyarət edib
İstanbulda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi
ABŞ-da daha bir mer Xocalı soyqırımı ilə bağlı QƏRAR VERDİ
DTX rəhbərliyi Xocalı abidəsini ziyarət edib
Bakıda prezidentin iştirakı ilə ümumxalq yürüşü keçirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 