Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 18-də Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirib. Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı və İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə keçirilən aksiya İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub. ONN media xəbər verir ki, bu il də aksiyaya azərbaycanlı tələbələrlə yanaşı, Rusiya paytaxtında təhsil alan digər millətlərdən olan tələbələr qoşulub. Rusiya Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev jurnalistlərə bildirib ki, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə bu aksiya artıq 10-cu ildir ki, keçirilir. Samir Əliyev qeyd edib ki, xeyriyyə aksiyasının donorları qan verərkən həm öz sağlamlıqları barədə məlumat əldə edir, həm də qana ehtiyacı olan insanlara yardım göstərirlər. Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin rəhbəri, tibbi elmləri doktoru, professor Əliheydər Rəhimov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiyanın artıq ənənə halı aldığını vurğulayaraq deyib: “İl ərzində RAGB tərəfindən bir neçə dəfə qanvermə aksiyaları təşkil olunur. Bu xeyriyyəçilik aksiyasının təşkilinə görə, Qan Mərkəzi kollektivi adından Leyla Əliyevaya təşəkkürümü bildirmək istəyirəm”. “Qanın milliyyəti yoxdur” aksiyası təkcə Moskvada deyil, Rusiyanın başqa regionlarında da təşkil edilir. Hər il bu aksiyada minlərlə gənc iştirak edir.
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib



Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirildi
Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyaları keçirildi
Leyla Əliyeva bu tələbələrə təqaüd verəcək
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açıldı
Leyla Əliyevanın doğum günüdür
Leyla Əliyevanın tapşırığı ilə Rusiyada Azərbaycan vətəndaşı olan tələbələrə dəstək göstərildi
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşdü
Leyla Əliyevanın şeirlər toplusu Moskvada satışa çıxarıldı
Leyla Əliyevanın təşəbbüsü ilə bu ailələrə yardım edildi
Mehriban Əliyevanın doğum günüdür
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
Xocalıda öldürülən uşaqların xatirəsi əbədiləşdirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 