Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi zamanı məcbüri köçkünlərlə görüşdə deyib. Prezident İlham Əliyev bildirib: "Məcburi köçkünlər üçün biz indi bu şəraiti yaradırıq. Hələ də ağır vəziyyətdə yaşayan köçkünlərimiz var və onların problemləri də gündəlikdədir. İndi genişmiqyaslı işlər aparılır ki, tezliklə bütün köçkünlər yaxşı şəraitlə təmin olunsunlar. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin nəticəsində torpaqlarımız işğal altına düşüb. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Bu istiqamətdə işlər aparılır, həm siyasi-diplomatik sahədə, həm ordu quruculuğu sahəsində. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Dövlət Proqramı da qəbul edilib. Proqram əsasında evlər tikilir, qəsəbələr salınır. Yüzdən çox qəsəbə salınıbdır və bu istiqamətdə bundan sonra da işlər aparılacaq. Qeyd etdiyim kimi, bu il ən azı altı min ailə yeni mənzillərlə təmin ediləcək. Gələn il ondan da çox yeni evlərin tikilməsi nəzərdə tutulur".
Ölkə başçısı: Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir



Məcburi köçkünlərə ŞAD XƏBƏR - Altı mindən çox...
İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir
Prezident və xanımı yeni kompleksin açılışında
İlham Əliyev və xanımı açılışda
Sahibkarlardan Prezidentin köçkünlərlə bağlı çağırışına - Cavab
Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verdi
İlham Əliyev və xanımı yaşayış kompleksinin açılışında
Prezident və xanımı Sumqayıtda açılışda
Şəhid ailəsi prezidenti və xanımını toya dəvət etdi
Ümid qəsəbəsinə məcburi köçkünlərin köçürülməsi başlanıb
Prezidentin bəyanatı ermənilərə ciddi mesajdır - Əli Əhmədov
Məcburi köçkün ailələrinə ev verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 