Fevralın 5-də Şamaxı rayonunda baş vermiş güclü zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün 4 mərtəbəli yeni yaşayış binası inşa edilir.
ONN media xəbər verir ki, bu barədə Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.
Onun sözlərinə görə, artıq binanın tikintisinə başlanılıb: "Bina 2 giriş bloklu, 4 mərtəbəli və 44 mənzildən ibarət olacaq. Bina yalnız zəlzələ nəticəsində evləri kəskin qəzalı vəziyyətə düşən ailələr üçün inşa edilir. Elə fərdi yaşayış evləri var ki, kəskin qəzalı vəziyyətdədir və həmin evlərin yerində mənzil tikmək mümkün deyil. Prezidentin göstərişi ilə həmin ailələr üçün yeni bina inşa edilir".
Baş memar əlavə edib ki, ümimilikdə 255 ev tam qəzalı vəziyyətə düşüb.
Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.



Şamaxıda zəlzələ nəticəsində dağılan evlərlə bağlı XƏBƏR
Ağsuda zəlzələdə dağılan 66 evin tikintisinə başlanıb
Ağsuda 24 ev söküldü
İcra Hakimiyyəti: "Şamaxıda zəlzələdən dağılan evlərin sayı..."
5 məktəbdə çatlar əmələ gəlib- Nazirlikdən açıqlama
Şamaxı zəlzələsində evinə zərər dəyən ailə ağır durumda: Heç baxmadılar da... - VİDEO
İcra başçısı: Ağsuda zəlzələdən 48 evdə çatlar yaranıb - FOTO
Bakıda 1 əsrlik bina sökülür
Bakıda bu ünvanlarda yerləşən binalar söküləcək - SİYAHI
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu
Bakıda böyük söküntü: əhaliyə pul verilir
Azərbaycanda növbəti GÜCLÜ ZƏLZƏLƏ qeydə alındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 