Prezident İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. ONN media xəbər verir ki, dəyişikliyə əsasən, “ASAN Viza” sistemi birdəfəlik və ya çoxdəfəlik elektron vizanın 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində verilməsini təmin edəcək. Əsasnaməyə edilən 7.4-1 maddəsində qeyd olunub ki, sistemin istifadəçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs çoxdəfəlik elektron viza alınması ilə bağlı birbaşa müraciət etmək üçün məlumatı Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil edir. Məlumat bunlardır: 1. soyadının və ya digər adlarının dəyişdirilməsi, 2. vətəndaşlığının dəyişdirilməsi, 3. viza üçün müraciət etdiyi günədək daimi yaşadığı ölkələr, 4. ailə vəziyyəti, 5. hazırkı iş yeri, vəzifəsi və ixtisası, 6. Azərbaycan Respublikasının ərazisində qalacağı ünvanın telefon nömrəsi (mobil və ya stasionar), 7. əvvəllər Azərbaycan Respublikasına səfər etməsi, 8. əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza alması, 9. əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza verilməsindən imtina edilməsi, 10. cinayət məsuliyyətinə cəlb edilməsi, 11. Azərbaycan Respublikasına dəvət edən tərəfin tam adı, ünvanı və telefon nömrəsi (mobil və ya stasionar), 12. son 3 ildə səfər etdiyi xarici ölkələr. Dəyişikliklə bağlı Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.
“ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi



Elektron vizaların verilməsində dəyişiklik edildi
Əbülfəs Qarayev: Vizanın 3 saata verilməsi bütün maneələri aradan qaldırdı
Viza prosedurları sadələşdirildi - Prezident SƏRƏNCAM imzaladı
Əcnəbilərə elektron qaydada viza verilməsi proseduru dəyişdi
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi
Bakıya gələcək əcnəbilərin viza prosedurları sadələşdirildi - Səbəbi isə...
İlham Əliyev sərəncam imzaladı
Azərbaycana gələn əcnəbilərə vizalar hava limanında veriləcək
Bu əcnəbilər üçün viza prosedurları sadələşdirilir
“Turizm haqqında” qanuna dəyişiklik edilir
Məşhur yarışla bağlı sərəncam imzalandı
Prezident viza prosedurlarını sadələşdirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 