“Prezident İlham Əliyevin beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında verdiyi fərman ölkədə turizmin inkişafına yönəlmiş addımdır”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, Azərbaycanda “ASAN Viza” sisteminin tətbiqi ilə əlaqədar son zamanlar ölkəyə gələn qonaqların sayında xeyli artım var:
“Vizanın üç saat müddətində verilməsi demək olar, bütün maneələri aradan qaldırdı. Hesab edirik ki, prezidentin hava limanlarında, sərhədlərdə məhz “ASAN Viza” sisteminin tətbiq edilməsi ilə bağlı verdiyi qərar bu prosesin daha mütəşəkkil, şəffaf həyata keçirilməsinə, qonaqların gəlişinin asanlaşdırılmasına yönəlib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla tədris ocaqlarının məzunlarının da bu işə cəlb olunması məsələsini müzakirə etdik və bu, gündəlikdədir”.
Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının qanunlarında, prezidentin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin etməlidir.



Azərbaycana gələn əcnəbilərə vizalar hava limanında veriləcək
Elektron vizaların verilməsində dəyişiklik edildi
“ASAN xidmət”ə yeni səlahiyyət verildi
Bu əcnəbilər üçün viza prosedurları sadələşdirilir
“ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi
SON DƏQİQƏ: İran vətəndaşlarına viza verilməsi dayandırılır
Viza prosedurları sadələşdirildi - Prezident SƏRƏNCAM imzaladı
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi
Bakıya gələcək əcnəbilərin viza prosedurları sadələşdirildi - Səbəbi isə...
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Məşhur yarışla bağlı sərəncam imzalandı
İlham Əliyev sərəncam imzaladı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 