AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstanın Azərbaycandakı Səfirliyi “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib. AMEA -dan ONN media -ya verilən məlumata görə, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi MEK-lə olan əməkdaşlıqdan söz açıb. O, qarşılıqlı əməkdaşlığın Azərbaycan-Macarıstan mədəni əlaqələrinin inkişafına böyük töhfə verdiyini vurğulayıb. MEK-in fəaliyyəti sayəsində Azərbaycan vətəndaşlarının Macarıstanın ənənələri, mədəni müxtəlifliyi, ədəbiyyatı, tarixi, elm və təhsil sistemi ilə yaxından tanış olduğunu deyib. Diplomat səfirliyin kitabxana ilə birgə təşkil etdiyi elmi mühazirələr, kitab təqdimatları və sərgilərdən də söz açıb. Ötən il “Bakıda Macarıstan günləri”nin təşkili və uğurla həyata keçirilməsində MEK-in əsas tərəfdaşlardan biri kimi xüsüsi rolu olduğunu bildirib. “Biz qürür duyuruq ki, Mərkəzi Elmi Kitabxanada Macarıstanın kitab guşəsi var, burada böyük macar alimi, türkoloq G.Hazainin həyat və fəaliyyətinə dair, həmçinin Macarıstanın tarixi ilə bağlı kitablar mövcuddur”. Səfir çıxışında AMEA və MEK-in rəhbərliyinə, eləcə də kitabxananın işçi heyətinə birgə əməkdaşlığı dəstəklədiyi üçün təşəkkürünü bildirib. Daha sonra diplomat Macarıstan Prezidenti Yanos Aderin qərarını səsləndirib. Macarıstan-Azərbaycan ikitərəfli elmi-mədəni əlaqələrin genişləndirilməsinə, Macarıstan qarşısındakı xidmətlərinə görə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova Macarıstanın “Qızıl xaç” ordeni ilə təltif edilib. Səfir V.Szederkenyi mükafatı Leyla İmanovaya təqdim edib. Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova öz növbəsində mükafata görə minnətdarlığını bildirərək, bunu MEK kollektivinin fəaliyyətinə verilən dəyər kimi qiymətləndirib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək Macarıstan və Azərbaycan arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıqla xarakterizə olunduğunu deyib. Akademik qarşlıqlı elmi-mədəni əlaqələrin genişləndirilməsində MEK-in fəaliyyətini yüksək qiymətləndirib. Sonda tədbir iştirakçıları Macarıstan mədəniyyəti, tarixi, incəsənəti haqqında kitablar, eləcə də macar dilində nəşr edilmiş və Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar. Məlumat üçün bildirək ki, MEK-in təşkilatçılığı ilə Macarıstanla bağlı, o cümlədən iki ölkənin əməkdaşlığına dair bir sıra işlər həyata keçirilib. 2015-ci ildən başlayaraq MEK-də “Mədəniyyətlərarası dialoqun gücləndirilməsində Azərbaycan mədəni irsinin təbliğinin rolu” mövzusunda sərgi, “Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans, macar türkoloq alimi Georq Hazainin kolleksiyasının rəqəmsallaşdırılması mövzusunda təqdimat, “Bakıda Macarıstan günləri”nin açılış mərasimi, macar yazıçısı İmre Madaçın “İnsanın faciəsi” əsərinin və eyni adlı animasiya filminin subtitrlərinin macarcadan Azərbaycan dilinə tərcüməsi və təqdimatı, türkoloq-alimlər Bəkir Çobanzadə və Georq Hazaiyə həsr olunmuş tədbir, yazıçı İştvan Seçeniyə həsr olunmuş tədbir keçirilib. Eyni zamanda MEK direktoru Leyla İmanova 2017-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində G.Hazainin ev-kitabxanasının açılışı mərasimində türkoloq alim G.Hazainin MEK tərəfindən rəqəmsallaşdırılmış və elektron kataloqa daxil edilmiş, “Milli Rəqəmsal Yaddaş” bazasında yerləşdirilmiş sənəd kolleksiyasının elektron variantını hədiyyə edib. Səfirliyin Azərbaycan dilinə tərcümə edilmiş və kiril qrafikası ilə çap olunmuş Macar ədəbiyyatının latın qrafikasında yenidən işlənməsi layihəsinə MEK tərəfindən biblioqrafik informasiya dəstəyi verilib. Hazırda MEK AzVikipediyada Macarıstan tarixi və mədəniyyətinə aid 100 məqalənin hazırlanıb yerləşdirilməsi layihəsi üzərində çalışır.
<b>MEK “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib</b>



Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif edildi
Yunus Əmrə İnstitutu Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq edəcək
Mərkəzi Elmi Kitabxanaya yeni direktor TƏYİNATI
Mərkəzi Elmi Kitabxanada AMEA Qadınlar Şurası “Heydər Əliyev dərsləri” adlı tədbir keçirib
İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik etdi
Bakıda Frankofoniya Günləri başlayır
Azərbaycan və Macarıstan arasında sənədlər imzalandı
Mərkəzi Elmi Kitabxanada yeni şöbə yaradıldı
Bayden sərhədləri aşdı: ABŞ səfiri nazirliyə çağırıldı
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı
Mərkəzi Elmi Kitabxana hərbi hissəyə kitablar hədiyyə edib
Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırılıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 