Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 30-da Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizə səfərə gəlmiş Baş nazirin müavini, daxili işlər naziri Giorgi Qaxarianı qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə,səmimilik və işgüzarlıq şəraitində keçən görüş zamanı nazirlər xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin, o cümlədən Daxili İşlər nazirlikləri arasında əlaqələrin hər iki ölkə rəhbərliyinin siyasi iradəsinə, müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq uğurla inkişaf etdiyini, belə görüşlərin əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verdiyini bildiriblər.
Təmsil etdikləri ölkələrdə kriminogen durum barədə qarşılıqlı fikir mübadiləsi aparan nazirlər onu da məmnunluqla vurğulayıblar ki, dövlətlərimizin müvafiq qurumları arasında əməkdaşlıq, ilk növbədə, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində işbirliyi, təcrübə və informasiya mübadiləsi, yaradılmış normativ-hüquqi baza yaxın dost və strateji tərəfdaş olan ölkələrimizin mənafeyinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət edir.
Səmimi qəbula və ətraflı məlumata görə cənab Ramil Usubova minnətdarlığını bildirən cənab Giorgi Qaxaria ölkəmizlə ikitərfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiklərini, bunun üçün səylərini əsirgəməyəcəklərini vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.



Daxili İşlər naziri Mevludin Nuhodjiçi qəbul etdi
Ramil Usubov Göyçaya gedir
General-polkovnik Ramil Usubov Türkiyə rəsmilərini qəbul etdi
Vilayət Eyvazov qazaxıstanlı həmkarının rəhbərlik etdiyi heyəti qəbul etdi
Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildi
Ramil Usubov Türkiyənin daxili işlər naziri Süleyman Soylunu qəbul edib
Daxili işlər nazirinin 1-ci müavini kim olacaq?
Azərbaycan və İran rəsmiləri görüşdü
Vilayət Eyvazov Pakistan səfiri ilə görüşdü
Eyvazov türkiyəli generalla görüşdü
Ramil Usubov səfir Xuan Rodrigo Labardini Floresi qəbul etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 