Bu gün saat 10 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan ONN media -ya verilən birgə məlumata görə, faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin ifadəsi alınmış və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Bakıda tələbələrin ölümünə səbəb olan şəxs tutuldu - RƏSMİ MƏLUMAT
Dəhşətli avtobus qəzasına görə SÜRÜCÜ HƏBS EDİLDİ
Səkidə dayanan insanları vuran sürücü həbs olundu
İmişlidə 5 nəfəri vuran sürücü həbs edilib
Zabratda avtobus sürücüsü qəza törədərək hadisə yerindən qaçdı
Bakıda təcili tibbi yardım maşını dəhşətli qəza törətdi - ÖLƏN VAR
Azərbaycanda sabiq icra başçısının bacısı oğlu həbs edildi - BU ƏMƏLƏ GÖRƏ
Bakı-Qazax yolunda ağır qəza - ÖLƏN VAR
Avtobus qəza törətdi - ÖLƏN VAR
Hərbiçimizin ölümü ilə bağlı cinayət işi açıldı
Kəlbəcərdə traktor aşdı- ÖLƏN VAR
Laçında yol qəzası olub- Ölənlər var
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 