Əlamətdar hadisədir. Sizi bu hadisə münasibətilə təbrik edirəm. Şadam ki, Qobustan rayonunda da müasir tibb ocağı yaradılıb və ən yüksək standartlara cavab verir.
ONN media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışı zamanı tibb ocağının kollektivi ilə görüşdə səsləndirib.
"Ölkəmizin hər bir yerində yeni xəstəxanalar tikilir. Son illər ərzində 640-dan çox müasir tibb müəssisəsi yaradılıb. Bunun əsas məqsədi vətəndaşlara xidmət etməkdir. Burada quraşdırılan avadanlıq, yaradılan şərait ən yüksək standartlara cavab verir. Ən qabaqcıl ölkələrdəki xəstəxanalarda hansı müasir avadanlıq varsa, burada da var. Əsas məsələ ondadır ki, xəstələrə burada çox gözəl xidmət və qayğı göstərilməlidir. Əminəm ki, siz bunu təmin edəcəksiniz. Mənə verilən məlumata görə, burada həkimlər, tibb heyəti üçün 70-dən çox iş yeri yaradılıb. Yəni, bu xəstəxananın açılması bir daha bizim uğurlu siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial sahə prioritet sahədir.
Bu il altı milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək. Biz bu proqramı bir neçə ildir ki, uğurla icra edirik. Hesab edirəm ki, dünya miqyasında bu, artıq özünü tam doğrultmuş bir təcrübədir. Dövlət xəstəxanalar, diaqnostika mərkəzləri tikir, vətəndaşlara imkan yaradır ki, pulsuz müayinədən keçsinlər. Həm paytaxtda, həm böyük şəhərlərdə, həm də əhalisi o qədər də böyük olmayan rayonlarda bütün digər sosial obyektlər yaradılır.
Qobustan rayonunun əhalisi təqribən 50 minə yaxındır. Şəhərdə 7 min insan yaşayır. Baxın, rayonun inkişafı, infrastrukturun yaradılması, yolların çəkilməsi ilə bağlı nə qədər böyük işlər görülür. Hər bir bölgədə bütün sahələrdə inkişaf, müasir yanaşma olmalıdır, vətəndaşlara qayğı, diqqət göstərilməlidir. Bu gün biz bunun bariz nümunəsinin şahidiyik. Bu xəstəxana həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından göz oxşayır.
Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram.
Tibb işçiləri: Təşəkkür edirik. Çox sağ olun", - Prezident bildirib.



İlham Əliyev: “31 xalça fabrikinin yaradılması nəzərdə tutulur”
Dövlət başçısı: “İnsanların sağlamlığı bizim üçün ən əsas vəzifədir”
Bakıda yeni tibb mərkəzi fəaliyyətə başladı
Bakıda daha bir poçt şöbəsi istifadəyə verildi
Məcburi köçkünlərə ŞAD XƏBƏR - Altı mindən çox...
“Vətəndaşlardan gələn hər bir təklifə baxılır” — Prezident
Bakıda 11 tibb mərkəzi yaradılıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu
İlham Əliyev Füzulidə hərbi hissədə olub
İlham Əliyev: "Bu xəstəxana virusa qarşı mübarizədə əlavə imkanlar yaradacaq"
Prezident Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 