ONN media xəbər verir ki, bunu Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında iştirak edən Prezident İlham Əliyev tibb müəssisəsinin kollektivi ilə görüşündə deyib.
Ölkə başçısı bildirib ki, qəsəbənin və rayonun sakinlərinin xahişləri ən yüksək səviyyədə yerinə yetirildi və bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir: "Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir. Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də indi bu xəstəxana da tikilməyəcəkdi. Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək".
Prezident vurğulayıb ki, Qobustan xəstəxanasının timsalında biz inkişafda olan ölkəmizin dinamik addımlarını görürük: "Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi, həm sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır”.



Prezident və xanımı AÇILIŞDA
"Vətəndaşlara imkan yaranır ki, pulsuz yoxlansınlar" - Prezident
İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir
İlham Əliyev: İcbari tibbi sığorta sisteminin üstünlüklərini görürük
“Mənim sözüm birdir” - İlham Əliyev
Dövlət başçısı: "Bizim heç bir maliyyə problemimiz yoxdur"
“Biz təyyarələrlə yüzlərlə ton yardım göndərmişik” – Prezident
Son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur - İlham Əliyev
Ronaldo bu ölkədən gələn təklifə “Yox” dedi
"Mənim bu uğurlu səfərim zamanı..." - İlham Əliyev
Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər - Prezident
İlham Əliyev: “ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli mexanizmlərdən biridir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 