Hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Talassemiyanın ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda təsadüf edilir. Bir-biri ilə yaxın qohum olan gənclərin ailə qurması gələcəkdə ağır patologiyalı, o cümlədən talassemiyalı uşaqların doğulmasına səbəb olur. Talassemiya xəstəliyi erkən təzahür etdiyi halda, uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə - kvadrat kəllə, yəhərvarı burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və bir sıra digər hallara səbəb olur. Həmin uşaqlarda bir qədər sarılıq müşahidə edilir və onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar. Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il Azərbaycanda 200-dən artıq uşaq bu xəstəliklə doğulur. ONN media AZƏRTAC-a istinadən bildirir ki, ötən il Azərbaycanda 137 talassemiya xəstəsinə əlillik və bu xəstəliyi olan 145 uşağa sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb. Cari ilin yanvar-aprel aylarında isə 70 şəxsə, o cümlədən talassemiya xəstəsi olan 29 nəfərə əllilik dərəcəsi, 41 uşağa sağlamlıq imkanları məhdudluğu təyin edilib. Xəstəliyin dərəcəsindən asılı olaraq həmin şəxslərə I, II və III dərəcə əlillik təyin olunur. Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz və Göyçay rayonlarında bu xəstəliyə daha çox rast gəlinir. Ölkəmizdə son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının Qanunu bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb. Son illərdə bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. Artıq ölkəmizdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür



Ötən il 3600-dən çox talassemiya daşıyıcısı aşkar edildi
Əlillik statusu ilə bağlı yenilik
Toya əngəl olan səbəb: iki mindən çox gənc məyus oldu
Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
Bu qidalar qan artırır
Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
Azərbaycanda may ayında neçə gün iş olmayacaq?
İlham Əliyev sərəncam imzaladı
Nikaha girmək istəyən 12 nəfərdə QİÇS aşkarlanıb
COVID-19-la bağlı tez-tez verilən sualların CAVABLARI
Nitq pozğunluqları: əlamətlər və müalicə
Uşaqlar arasında xəstəlik yayılıb? — AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 