"Həm bu günümə, həm keçmişimə, həm də gələcəyimə görə Göydə Allahıma, Yerdə Heydər Əliyevə borcluyam"
Heydər Əliyev barədə günlərlə danışsam, yenə kifayət etməz. Onunla bağlı fikirlərim, xatirələrim həddindən artıq çoxdur. Məni Tərlan Musayeva edən o kişi olub. Göydə Allahım, Yerdə Heydər Əliyev mənim arxa-dayağım, qol-qanadım olub. Mən ondan özümə daim atalıq qayğısı görmüşəm. O mənə daim övladlarından biri kimi yanaşıb, qayğı, diqqət göstərib. İstər birinci hakimiyyəti dönəmində, istər ikinci hakimiyyəti dönəmində həmişə mənimlə maraqlanıb, axtarıb, tapıb, söhlətləşib, dərdləşib.
ONN media xəbər verir ki, bunu məşhur əmək qəhrəmanı, keçmiş SSRİ Ali Sovetinin deputatı, ilk çağırış MM-in üzvü, sabiq millət vəkili Tərlan Musayeva dilə gətirib.
O, H. Əliyevlə bağlı xatirələrinin həddindən artıq çox olduğunu bildirib:
“Heydər Əliyev o zamanlar hər dəfə Bərdəyə gələndə mənilmlə görüşərdi, mənimlə görüşməmiş Bərdədən ayrılmazdı. Bir dəfə yadımdadır, yenə Heydər Əliyev Bərdəyə gəlməli olur, ancaq nədənsə, rayon rəhbərliyi məni protokola daxil etdirmir. Heydər Əliyev rayona gələrkən, bizimlə qonşu kənddən keçən zaman mənimlə maraqlanır, deyir ki, bəs Tərlan niyə yoxdur, onun kəndi buraya yaxındırmı? Deyirlər ki, elə bizimlə qonşu kənddəndir, təsərrüfatı da bizə yaxındır. Özünüz də bilirsiniz, hər bir səfər öncəsi qarşılama mərasimi üçün xüsusil hazırlıq işləri görülər, milislər, hüquq-mühafizə orqanlarının əməkdaşları yollara düzülərdi. Mən də təssərrüfatda, öz işlərimlə məşğuluydum. Bir də gördük ki, kimsə maşınla gəlir, toz-duman da aləmi götürüb.
Çatanda gördük ki, rayonumuzun Milis Şöbəsinin rəisi Məhər Quliyevdir, dedi ki, hazırlaşın, Heydər Əliyev bura gəlir. Hamımızı həyacan götürdü, nə edəcəyimizi bilmirdik. Mən tez özümə nahar etmək üçün gətirdiyim azuqəni, çörəyi, duzu, lavaşı bir padnosa süfrə salıb yığdım, həmçinin, bir gül dəstəsi düzəldib, pambıqçı qızlardan birinə verdim ki, Heydər Əliyevi qarşılayarkən təqdim edək. Heydər Əliyev gəldi, özü də mühaifəsiz, filansız, çox sərbəst şəkildə. Hər kəslə səmimi şəkildə görüşdü, o cümlədən, mənimlə də. Dedim ki, kəndimizə, təsərrüfatımıza gəlmsiniz, heç olmasa, sizi duz-çörəklə qarşılayaq. Heydər Əliyev bundan şad oldu, lavaşdan götürdü və dedi ki, Naxçıvan lavaşı yadıma düşdü, amma Ordubad pendiri də olsaydı, lap əla olardı. Mən də Həcər xalaya dedim ki, çatamda pendir var, tez onu gətir. Dedim ki, Heydər Əliyeviç Ordubad pendirimiz yoxdur,amma Qarabağ pendirimiz var. O da pendirdən bir az götürüb lavaşını içinə qoyub yedi və dedi ki, çox gözəl dadır. Bəs bu lavaşı kimi bişirib? Dedim ki, nənəm. Dedi ki, halal, əlləri var olsun, bu, həm də öz halal əməyinin, halal qazancının məhsuludur…”.moderator.az



Heydər Əliyev Azərbaycan xalqı üçün böyük işlər görüb - Kudryaçenko
“Onunla hər görüşümüz bir tarix idi...” - Muğam ifaçılarının Heydər Əliyevlə bağlı xatirələri...
Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım
Məşhurlarla görüşdən xatirələr: “Heydər Əliyev həbsimə imkan vermədi”
Mehriban Əliyeva: Heydər Əliyev qələbələri Azərbaycanın tarixində və xalqın ürəyində əbədi yaşayacaq
Mehriban Əliyeva Uşaq Mərkəzində
Mehriban Əliyeva "Uşaq festivalı" ilə bağlı paylaşım edib
"Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub"
Heydər Əliyev yanımdan keçəndə dedi ki...- Yusifzadə
Günay Musayeva sevgilisini bıçaqladı — Həbs ediləcək
İlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı PAYLAŞIM
Qarabağa böyük köç üçün niyə bu gün seçildi?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 