Gələn həftə - mayın 29-da Bakı UEFA Avropa Liqasının “Arsenal” və “Çelsi” komandaları arasında keçiriləcək final oyununa ev sahibliyi edəcək. Hesab edirəm ki, bu, möhtəşəmdir. Bu oyun Bakının necə gözəl şəhər, həmçinin yaşamaq üçün möhtəşəm bir məkan olduğunu bütün avropalılara və dünyaya nümayiş etdirmək baxımından çox gözəl bir imkandır. Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir. ONN media xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza söyləyib. “Təəssüf ki, “Arsenal” klubunun erməni əsilli oyunçusu Mxitaryan təhlükəsizlik məsələsini əsas gətirərək Bakıda keçiriləcək bu oyunda iştirak etməmək barədə qərar verib. Aydındır ki, bu, onun şəxsi seçimidir. Məncə, bu oyunda iştirak etməməsi onun futboldan qazanacağı puldan məhrum olmasına səbəb olacaq. Zənnimcə, bu, ağıllı seçim deyil. Onun Bakıda yarış zamanı futbol meydançasında özünün təhlükəsizliyi ilə bağlı narahat olması üçün heç bir səbəb görmürəm. Mən ermənilər tanıyıram ki, Azərbaycana rahat səfər ediblər. Amma bu, hər halda futbolçunun şəxsi qərarıdır. Ümid edirəm ki, bu, oyunun möhtəşəm keçməsinə, eləcə də xarici qonaqların Bakının gözəlliyindən həzz almalarına mane olmayacaq. Düşünürəm ki, həm bu oyunun, həm də Bakının gözəlliyinin nümayiş etdirilməsinin siyasətlə heç bir əlaqəsi yoxdur”, - deyə M.Brayza vurğulayıb.(Azertac)
Metyu Brayza: Bakı çox təhlükəsiz şəhərdir



Bakıya gələn azarkeşlər nələr danışdı?
"Çelsi" və "Arsenal" azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı
Ermənistan qapıçısından ŞOK AÇIQLAMA- "Bakı təhlükəsiz şəhərdir"
"Arsenal" klubunun futbolçuları Bakıdadırlar
İran özünü narahat hiss edir - Brayza
DİQQƏT - Bu yollar bağlanacaq
UEFA-dan “Arsenal” azarkeşlərinə XƏBƏRDARLIQ
Avropa Liqasının finalına bilet varmı?
Madrid Bakıya uduzdu - FOTO
Özildən böyük final öncəsi paylaşımı: Azərbaycanlı qardaşlarım...
“Çelsi”nin sabiq futbolçusu: Heç vaxt Azərbaycan barədə neqativ şeylər eşitməmişəm
Brayza: Zəngəzur dəhlizini onlar istəmir – VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 