ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - Günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Vaxt pis keçmir. Bir sıra məsələlərin həllinin öhdəsindən asanlıqla gələcəksiniz. Ən çətin problemlərin çözülməsi zamanı standart düşünməyin. Yaxın ətrafınızdakı insanları yeni ideyalar və dəqiq müşahidələrlə təəccübləndirə bilərsiniz. Maraqlı işgüzar təklif alacaqsınız. Həmin təklifi qəbul etsəniz, gəlirləriniz əhəmiyyətli dərəcədə artacaq. Günün ikinci yarısında görüləsi işlər çox olsa da, dəyər verdiyiniz insanlarla ünsiyyət üçün vaxt tapın. Emosiyalarınıza hakim olun. Ən xırda məsələlərə görə qıcıqlanmayın. Əks halda mübahisə və münaqişələr istisna deyil. Buğa - Əvvəl başladığınız, yarımçıq qalan işləri başa vurmamış yeni işlərə başlamayın. Yalnız belə olarsa, qarışıqlıq və problemlərin qarşısını ala bilərsiniz. Yaşam arealı ilə bahəm, çalışdığınız məkanda nizama və qaydaya nail olun. Kimsə sizi pedant saya bilər. Amma məhz sizin detallara və xırdalıqlara diqqətiniz bir sıra müşküllərin yaranmasına mane olacaq. Nüfuzlu insanlarla təmaslarda diqqətli və təmkinli olun. Qürurlu davranın, sınmayın, əyilməyin. Günün ikinci yarısında alış-veriş zamanı bədxərclik etməyin. Bahalı əşyalar almağa dəyməz. Günün ikinci yarısında sevdiyiniz insana xoş sürpriz etmək imkanını əldən verməyin. Əkizlər - Günün müəyyən zamanlarında ciddi çətinliklər yaranacaq. Buna rəğmən zaman ümumən uğurludur. Peşəkar fəaliyyət sahəsindəki öhdəliklər və işlərin öhdəsindən yaxşı gələcəksiniz. Rəqiblərlə bədxahlarınızı qabaqlamağa çalışın. Liderlik məziyyətlərinizi parlaq şəkildə nümayiş etdirin. İşdə irəliləyə bilərsiniz. Günün ikinci yarısında şəxsi münasibətlərdə lider olun. Bu, fikir ayrılıqları və ixtilaflara səbəb olmayacaq. Qərarlarınızın doğru, ideyalarınızın yaxşı, planlarınızın isə həyata keçirilməyə layiq olduğunu göstərin. Dəvət aldığınız toplantıda maraqlı tanışlıqlar ola bilər. Xərçəng - Səbrli, təmkinli olun. Soyuqqanlı davranın və bilin ki, qarşınıza qoyduğunuz məqsədlərə dərhal çatmayacaqsınız. İşdə ixtilaflar və ya problemlər yarana bilər. Planlaşdırılmış görüşlərdən bəzilərini ertələmək, işləri təxirə salmalı olacaqsınız. Təmkinli davransanız, bütün çətinlikləri dəf edəcəksiniz. Üstəlik, yeni müttəfiqləriniz ola bilər. Onların yardımları və dəstəyi ilə bədxahlarınızı üstələyəcəksiniz. Günün ikinci yarısı insanların gur olduğu məclislərə və ya toplantılara qatılmaq üçün əlverişli deyil. Asudə vaxtınızı ən yaxın insanların əhatəsində keçirin. Səhhətinizə fikir verin. Kulinar eksperimentlərdən imtina edin, adət etdiyiniz yeməklərə üstünlük verin. Şir - Günün ilk yarısında ehtiyatlı olun. Çətin, gərgin zamandır. Bu yaxınlarda birgə fəaliyyətlə bağlı danışıb razılığa gəldiyiniz insanlar sözlərinin üstündə durmayacaqlar. Hətta inanılmış müttəfiqlər belə sizi pərişan edə bilərlər. Peşəkar fəaliyyət sahəsi ilə bağlı mübahisələrə qatılmayın. Yalnız ciddi zərurət yaranarsa, təşəbbüslə çıxış edin. Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq, situasiya yaxşılaşmağa başlayacaq. Axşam saatlarınızı yaxınlarınızla, yaxud da sevdiyiniz insanla keçirin. Ünsiyyət xoş hisslər yaradacaq. Qız - Çox uğurlu gündür. Potensial sifarişçi, iş yeri sahibi ilə görüş, müttəfiq və həmfikir axtarışları üçün pis gün deyil. Yeni tanışlıq yaxın gələcəkdə sizə pozitiv emosiyalar bəxş edəcək. Günün ikinci yarısında özünüzü rahat hiss edin. Xarici görkəminizə fikir verin. Səfər, səyahət, gəzinti pis alınmayacaq. Axşam saatları etiraflar üçün pis zaman deyil. Sevdiyiniz insanla təmaslarda həssas, qayğıkeş olun.
Günün qoroskopu: Hər şey öz axarında olmalıdır



Günün qoroskopu: Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin, qıcıqlandırmayın
Günün qoroskopu: Çox orijinal, ekstravaqant əşyaşar almayın
Günün qoroskopu: emosiyalarınıza hakim olun
Günün qoroskopu: Təklifi qəbul etsəniz, maddi durumunuzu yaxşılaşdıra bilərsiniz
Günün qoroskopu: Səhhətinizdə kiçik problemlər yarana bilər
Günün qoroskopu: Zahiri görünüşə aldanmayın
Günün qoroskopu: Detallara diqqət yetirin
Günün qoroskopu: qüvvənizi mənasız işlərə sərf etməyin
Günün qoroskopu: Maddi durumunuzu yaxşılaşdıra bilərsiniz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 