Murmanskda azərbaycanlı tələbələr, "Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin fəalları tərəfindən 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək.
ONN media xəbər verir ki, tədbirlər çərçivəsində şəhidlərin xatirəsini anma mərasimləri, rəsm və fotolardan ibarət sərgilər təşkil olunacaq, faciə haqqında filmlər nümayiş etdiriləcək.
"Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin və RAGB-in yerli nümayəndəliyinin təşəbbüsü ilə yanvarın 20-də faciəyə həsr edilən elmi-praktik konfrans keçiriləcək. Tədbirdə bələdiyyə və hökumət orqanlarının əməkdaşları, Rusiyanın Murmansk Vilayəti İctimai Palatasının üzvləri, KİV və diaspor təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
"Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin Murmansk bölməsinin və RAGB-in yerli nümayəndəliyinin fəalları 1990-cı il yanvar hadisələrinin 28-ci ildönümü ilə bağlı dünya parlamentarilərinə Müraciət, habelə Rusiya Federasiyasının Murmansk Vilayəti Hökumətinin rəsmi saytında və bir sıra regional KİV-də dərc olunacaq press-reliz və məqalələr hazırlayıblar. (Azərtac)



Ordumuzda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirildi
20 yanvar Şəhidləri Belqradda da anıldı
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirildi
PA-nın yeni rəhbəri sərəncam imzaladı
Ramiz Mehdiyev sərəncam imzaladı
Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyaları keçirildi
Mədəniyyət Nazirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdi
TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
Yanvarın 17-də məktəblərdə xüsusi dərslər keçiriləcək
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib
Leyla Əliyevanın tapşırığı ilə Rusiyada Azərbaycan vətəndaşı olan tələbələrə dəstək göstərildi
İstanbulda 20 yanvar şəhidləri yad edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 