"Azərbaycan Prezidenti İlham Əliyevin də sərəncamı var ki, sürüşmə sahələrində evlər, hər hansı tikili inşa edilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin razılığı olmalıdır. Ancaq buna məhəl qoyulmur. Bizdən heç soruşan da yoxdur ki, burada ev tikmək olar, ya olmaz".
ONN media informasiya agentliyi xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, Masazırdakı "Qır gölü"nün yaxınlığında olan və hazırda aktivləşən sürüşmə sahəsindəki evlərin yerində əvvəl gölün yatağı olub:
"Həmin yer maili yamacdır. Vaxtilə orada göl olub. Sonra göl qurudulub və evlər tikilib. İndi isə həmin ərazidə qrunt sularının səthə çıxması halı müşahidə edilir. Qrunt sularının səthə çıxması isə sürüşmə sahəsinin dinamikasına təsir göstərir. Ev tikmək məqsədilə "Qır gölü"nün qurudulması prosesi hazırda da davam edir".
R.Həsənov qeyd edib ki, həmin ərazidə evlərin tikilməsi gələcəkdə təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər:
"Orada ev tikmək məsləhətli deyil. Çünki bura göl yatağıdır, qurudulur, müəyyən qədər torpaq tökülür. Ancaq gələcəkdə yamacın dik hissəsindən aşağıya doğru qrunt suları, təsərrüfat suları axıdılacaq. Bundan başqa, yamac da dikdir. Gələcəkdə yağış suları da ərazidə toplanacaq. Ona görə də orada evlərin tikilməsi məsləhət deyil. Yaxşı olar ki, göl yatağı olan ərazilərdə, maili yamaclarda ev tikilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınsın".
R.Həsənov əlavə edib ki, vaxtilə göl olan ərazilərdə yaşayış evlərinin tikilməsi halları yalnız "Qır gölü" adlanan yerdə müşahidə edilmir:
"Masazır qəsəbəsindəki bir neçə yerdə subasma sahələri əvvəl göl olub. Zaman-zaman onlar qurudulub və yerində ev tikilib. Sonda da əhali belə subasma problemləri ilə üzləşir. Yəni biz təbiətə nə ediriksə, onun da cavabını alırıq. Bunlar hamısı özümüzün yaratdığı problemlərdir".
Qeyd edək ki, hazırda Masazırdakı "Qır gölü" adlanan ərazidə sürüşmə prosesi aktivləşib.



Bu ərazilər TƏHLÜKƏLİDİR!
Bakının bu ərazilərində də sürüşmə aktivləşdi
Sürüşmə yenidən aktivləşib
Zəlzələ sürüşmə zonalarına təsir edib?- AÇIQLAMA
Bayıl yamacında daha bir sürüşmə
Sürüşmə zonasında son vəziyyət açıqlandı
Zığ və Abşeronda sürüşmə sahələri yenə aktivləşdi
Bayılda vəziyyət necədir?-AÇIQLAMA
Sürüşmə ərazilərində aktivliyə səbəb NƏDİR?
Bakı və Abşeron üçün TƏHLÜKƏ
Nazirlikdən AÇIQLAMA: Sürüşmə sahələrində aktivlik var
Bayıldakı son vəziyyət AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 