Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı istirahət günlərində teleradio yayımçıları öz işlərini davam etdirdiyindən Milli Televiziya və Radio Şurası (MTRŞ) həmin tarixlərdə monitorinq aparacaq.
ONN media xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Şuranın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
T.Dadaşov bildirib ki, məlum olduğu kimi, yayımçılar tamaşaçı və dinləyicilərin istirahətini səmərəli keçirilməsinə dəstək məqsədilə bayram günlərində xüsusi proqramlar tərtib edirlər:
"Həmin günlərdə bayram şənlikləri, musiqili-əyləncəli verilişlər, milli və xarici filmlər və s. yayımlanır. Biz isə öz növbəmizdə, yayım proqramlarında qanunvericiliyin tələblərinə riayət olunması məsələlərini yoxlayacağıq. Hər bir yayımçının efirinin video-audio yazısını qeydə alırıq. Bu bizim daimi işimizdir. İnanırıq ki, ciddi problemlər olmayacaq".
Şöbə müdiri əlavə edib ki, bəzi hallarda telekanalların bayram günləri ilə bağlı proqram səbətlərindən narazı qalanlar da olur: "Sosial şəbəkələrdə, saytlarda gedən yazılarda da bu fikirlərə rast gəlmək olur. Əlbəttə, bu, hər bir yayımçının yaradıcılıq göstəricisidir".
T.Dadaşov vurğulayıb ki, bayram efirində daha çox Yeni illə bağlı materialların təşkil etməsi normaldır: "Lakin müxtəlif səpkili efir materialları, dünya və milli filmlərimizin nümayişi və bu kimi digər baxımlı, maraqlı mövzuların proqram səbətində yer alması bayram proqramının rəngarəngliyini təmin edərdi".



MTRŞ telekanallardan birini cərimələdi
MTRŞ:"Radiolarda heç də hər şey qaydasında deyil"
MTRŞ bu radioya ciddi xəbərdarlıq etdi
Telekanallar yayımdan musiqili və əyləncəli verilişləri çıxardı - MTRŞ
MTRŞ-dən koronavirusla bağlı televiziyalara - Müraciət
MTRŞ narazılığa səbəb olan verilişlərin adlarını açıqladı — SİYAHI
MTRŞ: Efirdə ədəbsiz ifadə, söyüş...
Qurban bayramında neçə gün iş olmayacaq?
Azərbaycanda telekanallara ayrılan vəsaitin məbləği məlum oldu
Prezidentin ayırdığı 3 milyon 5 telekanal arasında bölündü
MTRŞ-ya 3 milyon manat ayrıldı - SƏRƏNCAM
Yeni ildə neçə gün iş olmayacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 