Hazırda telekanallarda yayımlanan seriallar kəmiyyət baxımından qaneedicidir, lakin keyfiyyət cəhətdən əlbəttə ki, hamı eyni fikirdə deyil.
ONN media Trend--ə istinadla xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
T.Dadaşov bildirib ki, bir neçə ildir ki, yerli serialların istehsalı sahəsində ciddi irəliləyişlər müşahidə olunur: “Bu gün müxtəlif məzmunda, istər dramatik, istərsə də komediya janrlarında xeyli sayda seriallar yayımlanır. Bu da onu göstərir ki, serial təsərrüfatı artıq inkişaf yolundadır. Əlbəttə ki, bu inkişafın kökündə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış milli telefilmlərin, habelə, teleserialların istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncamlar durur. Bu dəstəyin sayəsində serial təsərrüfatının maddi-texniki bazası formalaşıb və bu gün özünün inkişaf mərhələsini yaşayır”.
T.Dadaşov bildirib ki, əgər əvvəllər milli efir məkanında xarici seriallar hegemonluq edirdisə, bu gün milli seriallar kanalların efir məkanında özlərinə ciddi mövqe qazanıblar: “Hazırda yayımlanan seriallar kəmiyyət baxımından qaneedicidir. Lakin keyfiyyət cəhətdən əlbəttə ki, hamı eyni fikirdə deyil. Keyfiyyət istiqamətində nailiyyətlərin də özünü yaxın illərdə göstərəcəyi şübhəsizdir. Nəzərə alınmalıdır ki, bu sahə ölkəmizdə yenidir”.
MTRŞ rəsmisi bildirib ki, hazırda yayımçılar reytinq məsələsini əldə rəhbər tutaraq daha çox komediya janrında seriallara üstünlük verirlər: “Bu, müəyyən mənada başadüşüləndir. Lakin milli efir məkanımızda yer alan bəzi dramatik mövzulu seriallar da var ki, onlar reytinq və izlənmə baxımından komik seriallardan heç də geri qalmır və ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılanır. Bu tipli uğurlu seriallar ölkəmizdə serial təsərrüfatının perspektivləri barədə nikbin olmağa imkan verir”.
Onun sözlərinə görə, əlbəttə ki, serial təsərrüfatının inkişafı, çəkilən serialların baxımlı olması, tamaşaçıda rəğbət və maraq oyatması bu sahədə çalışanların peşəkarlığından asılıdır:
“Müsbət məqamlarla yanaşı, seriallarımızda gülüş xatirinə şit, bayağı səhnələr, dialoqlar, hətta bəzən qeyri-etik məzmunlu ifadələr, milli dəyərlərdən uzaq səhnələr və s. kimi neqativ cəhətlər də az deyil. Tək seriallarda deyil, televiziyalarda yayımlanan bir sıra veriliş və proqramlarda bu kimi məsələlərə rast gəlinir. Yayımçılar bu hallara diqqət yetirməlidirlər. Cəmiyyətdə, insanlarda qıcıq, narahatlıq, gərginlik, narazılıq yaradan hallardan uzaq durulmalıdır. Qanunvericiliyə müvafiq olaraq MTRŞ kanalların yaradıcılıq fəaliyyətinə qarışmır. Lakin bu o demək deyil ki, kanallar reytinq xatirinə istədiklərini edə bilərlər. Kanallar ictimai rəyi nəzərə almalıdırlar. Reytinqi də, maddi qazancı da müəyyən çərçivələr daxilində əldə etmək daha yaxşı olardı".



MTRŞ telekanallardan birini cərimələdi
Azərbaycanda telekanallara ayrılan vəsaitin məbləği məlum oldu
Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa edilir - Bu tarixdən...
Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi
MTRŞ:"Radiolarda heç də hər şey qaydasında deyil"
MTRŞ bu radioya ciddi xəbərdarlıq etdi
MTRŞ: Efirdə ədəbsiz ifadə, söyüş...
Bayram günləri teleradio verilişləri yoxlanılacaq
MTRŞ seriallarda narahat edən məqamları AÇIQLADI
MTRŞ narazılığa səbəb olan verilişlərin adlarını açıqladı — SİYAHI
MTRŞ-də YENİ TƏYİNAT
MTRŞ ləğv edilir?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 