Azərbaycanda bəzi ərazilərdə yeni sürüşmə sahələri yaranıb, bəzi yerlərdə isə sürüşmə sahəsinin təsir dairəsi genişlənib.
ONN media xəbər verir ki, bunu trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ə.Qaralovun sözlərinə görə, İsmayıllıda Lahıc qəsəbəsinin şimal-şərq hissəsində (Ərəgit kənd ərazisində) eni 120-140 m, uzunluğu 280-300 m olan sürüşmə sahəsi əmələ gəlib. Sürüşmə sahəsi üzərində müşahidə olunan çatların parametrlərində artım qeydə alınıb. Bağəli sürüşmə sahəsi - kənd ərazisində mövcud olan sürüşmə sahələrinin dinamikasında aktivlik qeydə alınıb. Kənd ərazisində eni 180-190 m, uzunluğu 750-800 m və qırılma qaşının hündürlüyü 7-8 m olan yeni sürüşmə sahəsi əmələ gəlib. Qoydan kəndi ərazisində də eni 40-80 m, uzunluğu 150-170 m mövcud olan sürüşmə sahəsinin təsir dairəsi genişlənib.
Mütəxəssis qeyd edib ki, İsmayıllıda Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-ində yolun hərəkət hissəsində kiçik çatlar yaranıb və yol boyu çökmə-oturma prosesləri qeydə alınıb. İsmayıllının Müdrisə kənd ərazisində və Lahıc-Müdrisə avtomobil yolunun bir neçə yerində sürüşmə, uçqun töküntü və yol boyu bir neçə yerdə qabarmalar müşahidə edilib.
Nazirlik rəsmisinin sözlərinə görə, Siyəzən rayonunda Sədan sürüşmə sahəsinin parametrlərində artım müşahidə olunub. Rayonda Qazbabalı sürüşmə sahəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib. Şamaxı rayonunda Şamaxı şəhəri, 48-A məhəlləsindəki sürüşmə sahəsinin parametrlərində nisbi artım qeydə alınıb və çatların ölçüləri artıb. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də avtomobil yolunun sol və sağ yamac hissəsində mövcud olan sürüşmə sahəsinin ölçüləri artıb. Şamaxıda Cabanı, Dədəgünəş sürüşmə sahələrində prosesin dinamikası aktivləşib. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə sahəsində sürüşmə prosesi aktivləşib və yeni sürüşmə sahələri yaranıb.



İsmayıllıda torpaq sürüşməsi olub
Azərbaycanda sürüşmələr aktivləşib- YENİ UÇQUN-SÜRÜŞMƏ SAHƏLƏRİ YARANIB
Zəlzələ sürüşmə zonalarına təsir edib?- AÇIQLAMA
Sürüşmələr aktivləşdi, yeni sürüşmə sahələri yarandı
Sürüşmə zonasında son vəziyyət açıqlandı
Badamdarda vəziyyət necədir?- AÇIQLAMA
Nazirlikdən AÇIQLAMA: Sürüşmə sahələrində aktivlik var
Bakının bu ərazilərində də sürüşmə aktivləşdi
Teleqüllənin uçması gözlənilirmi? — AÇIQLAMA
"Teleqüllə" ətrafında son vəziyyət necədir?
Bakıda yenidən sürüşmə olub
Yağıntıların sürüşmə zonasına təsiri oldu?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 