ONN media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 14-dən 7 dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 24 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.
DİM-dən verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələrdən 5-i A növü - inzibati rəhbər vəzifələr üzrə (Əmlak Məsələləri Dövlət Komitəsi – 3 vəzifə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – 1 vəzifə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – 1 vəzifə), 19-u isə B növü – inzibati icraçı vəzifələr üzrə olmaqla (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – 1 vəzifə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 3 vəzifə, Əmlak Məsələləri Dövlət Komitəsi – 6 vəzifə, Mədəniyyət və Turizm Nazirliyi – 1 vəzifə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi – 6 vəzifə və Kəlbəcər Rayon Məhkəməsi – 2 vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin müdir müavini, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin müdir müavini, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktor müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Kommunal xidmətlər və kompüter uçotu şöbəsinin Kompüter uçotu və elektron xidmətlər sektorunun müdiri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifələridir.



Dövlət qulluğuna hazırlaşanların nəzərinə
32 vakant yerə ümumi müsahibə elan edilib
Qrafik müəyyən edildi
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin diqqətinə
5 dövlət orqanında işləmək şansı - TƏLƏSİN!
43 nəfər dövlət qulluğuna qəbulla bağlı vakant vəzifəyə uyğun bilinib
5 dövlət orqanında 88 yer vakantdır
Bu dövlət idarələri İŞÇİ AXTARIR - SİYAHI
İşsizlərə ŞAD XƏBƏR – Yeni iş yerlərinin SİYAHISI
Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ
DİQQƏT- İşə qəbul başladı
Azərbaycanda yüksək vəzifələrə vakant yerlər açıqlandı - ÖZƏL
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 