Dövlət qulluğunun A (inzibati rəhbər) və B növünə (inzibati icraçı) aid 508 vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib. Dövlət İmtahan Mərkəzindən ONN media-ya verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 3-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 42 dövlət orqanında 508 vakant vəzifənin tutulması üçün elan edilir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir. Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (166 vəzifə) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (38 vəzifə) tərəfindən təqdim olunub. Ümumilikdə, müsahibəyə çıxarılmış 508 vakant vəzifənin 2-si 3-cü təsnifata, 7-si 4-cü təsnifata, 69-u 5-ci təsnifata, 89-u 6-cı təsnifata, 341-i isə 7-ci təsnifata aid olmaqla, 2-si AA, 15-i AB, 34-ü AC, 61-i BA, 396-sı isə BB vəzifə qrupuna aiddir.
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin diqqətinə



DİQQƏT- İşə qəbul başladı
İşsizlərə ŞAD XƏBƏR – Yeni iş yerlərinin SİYAHISI
Vakant yerlərlə bağlı müsabiqə başlayır
Bu dövlət idarələri İŞÇİ AXTARIR - SİYAHI
5 dövlət orqanında 88 yer vakantdır
Dövlət qulluqçusu olmaq istəyənlərə vacib xəbər
DİM 200 vakant vəzifə üzrə müsahibə mərhələsini elan edir
32 vakant yerə ümumi müsahibə elan edilib
DİQQƏT: Bu vəzifələrə VAKANSİYA VAR
Qida Təhlükəsizliyi Agentliyi işçi axtarır
Dövlət qulluğuna hazırlaşanların nəzərinə
Vakant vəzifələrin tutulması üçün müsahibə elanları veriləcək
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 