Dövlət İmtahan Mərkəzi mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında - ümumilikdə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 193 vakant icraçı vəzifələri üzrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.
ONN media-nın Dövlət İmtahan Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay - martın 9-dək davam edəcək.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması" vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və martın 9-u saat 18:00-dək Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.
Müsabiqəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (73 vakant vəzifə), Dövlət Statistika Komitəsi (51 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (46 vakant vəzifə), Gənclər və İdman Nazirliyi (6 vakant vəzifə), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (3 vakant vəzifə), Tarif Şurasının Katibliyi (1 vakant vəzifə), Sumqayıt Apelyasiya Məhkəməsi (3 vakant vəzifə), Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi (2 vakant vəzifə), Sabirabad Rayon Məhkəməsi (4 vakant vəzifə), Lerik Rayon Məhkəməsi (2 vakant vəzifə), Cəbrayıl Rayon Məhkəməsi (2 vakant vəzifə) vakant yer təqdim edib.



DİM 200 vakant vəzifə üzrə müsahibə mərhələsini elan edir
Bu dövlət idarələri İŞÇİ AXTARIR - SİYAHI
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluqçusu olmaq istəyənlərə vacib xəbər
5 dövlət orqanında 88 yer vakantdır
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin diqqətinə
Vakant vəzifələrin tutulması üçün müsahibə elanları veriləcək
32 vakant yerə ümumi müsahibə elan edilib
519 vakant vəzifəyə qəbul üçün müsahibə elan edilib
İşsizlərə ŞAD XƏBƏR – Yeni iş yerlərinin SİYAHISI
DİQQƏT- İşə qəbul başladı
Qrafik müəyyən edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 