Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə mart ayı üzrə keçirilən son monitorinqin nəticələri açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən ONN media-ya verilən məlumata görə, Mart ayının I ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının III ongünlüyünə nisbətən 38 m3/san artaraq 219 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Mart ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə suyun tərkibindəki spesifik çirkləndiricilərdən olan fenollar Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 7.95-8.00 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.



Monitorinqin nəticələri AÇIQLANDI - Suda yenə...
Çaylarda mövcud vəziyyət açıqlandı
Kürdə təhlükəli vəziyyət yaranıb
Çaylarda çirklənmə vəziyyətini öyrənmək üçün keçirilən monitorinqin NƏTİCƏLƏRİ
Kür və Araz çayları təhlükə saçır
Tozlu hava şəraiti nə vaxtadək davam edəcək?
Çaylarda suyun səviyyəsi dəyişdi
Nazirlikdən BƏD XƏBƏR: Qanıx çayında suyun səviyyəsi...
Çaylarda sululuq səviyyəsi dəyişib
Karantin rejimi Bakıda bu problemi azaltdı
Nazirlikdən XƏBƏRDARLIQ
Çaylarda suyun səviyyəsi dəyişib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 