Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabrda növbəti monitorinq keçirib.
Departamentdən ONN media -ya verilən məlumata görə, oktyabrın üçüncü ongünlüyündə Kür çayında suyun sərfi ayın ikinci ongünlüyünə nisbətən saniyədə 19,9 kubmetr azalaraq 99,1 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olması müşahidə olunub.
Oktyabrın üçüncü ongünlüyündə aparılan fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Şıxlı-2 məntəqəsində 2,4, Ağstafaçayın Qazax rayonu ərazisindən keçən hissəsində 2,2, Ağstafa su anbarının Qazax rayonunun Xanlıqlar kəndindən keçən hissəsində 1,1, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 1,8-2,2, biogen maddələrdən nitritlərin miqdarı isə 1,25-1,6 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə - 5,76-6,40 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.



Monitorinqin nəticələri AÇIQLANDI - Suda yenə...
Çaylarda çirklənmə vəziyyətini öyrənmək üçün keçirilən monitorinqin NƏTİCƏLƏRİ
Çaylarda mövcud vəziyyət açıqlandı
Kürdə təhlükəli vəziyyət yaranıb
Azərbaycan çaylarının son durumu
Kür çayında suyun səviyyəsi artdı
Kür çayında vəziyyət necədir?
Nazirlikdən BƏD XƏBƏR: Qanıx çayında suyun səviyyəsi...
Çaylarda suyun son vəziyyət
Kürdə suyun səviyyəsi necədir?
Çaylarda suyun səviyyəsi necədir?
Kürdə son vəziyyət necədir? - ETSN
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 