Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayında növbəti monitorinq keçirib. Monitorinqin nəticələri ilə bağlı nazirlikdən ONN media -ya verilən məlumata görə, fevral ayının III ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının II ongünlüyünə nisbətən 24 kub/san artaraq 151 kub/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan artıq olması müşahidə olunub. Fevral ayının III ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Kür çayı üzrə Şıxlı-2 məntəqəsində 2,2, Ağstafa su anbarı Musaköy kəndində 1,1, Ağstafaçayda, Qazax şəhərində 2,1, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2-2,2 dəfə, biogen maddələrdən nitritlərin miqdarı isə 1,10-1,30 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,70 -6,40 mq/l arasında sanitar norma daxilində dəyişib.
Monitorinqin nəticələri AÇIQLANDI - Suda yenə...



Çaylarda çirklənmə vəziyyətini öyrənmək üçün keçirilən monitorinqin NƏTİCƏLƏRİ
Çaylarda mövcud vəziyyət açıqlandı
Kür və Araz çayları təhlükə saçır
Kürdə təhlükəli vəziyyət yaranıb
Azərbaycan çaylarının son durumu
Nazirlikdən BƏD XƏBƏR: Qanıx çayında suyun səviyyəsi...
Çaylarda sululuq səviyyəsi dəyişib
Çaylarda son vəziyyət necədi?
Ölkədə tozun miqdarı artıb
Ermənistan bu çayları qəsdən çirkləndirir – Ekoloq
Karantin rejimi Bakıda bu problemi azaltdı
Ölkə ərazisində toz-dumanı müşahidə olunur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 