Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olunub.
MİDA-nın məlumatına görə, Yasamal Yaşayış Kompleksinin mənzilləri 2 növ təmir ilə təmin edilir. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillərin təmirində yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur və aparılan təmirin keyfiyyətinə ciddi nəzarət edilir.
Yaşayış kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli ilə birlikdə təhvil veriləcək. Bununla yanaşı, bütün mənzillər kombi isitmə sistemi ilə, habelə su, qaz və işıq sayğacları ilə təmin edilir. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir.
Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin hər bir mənzilinin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə kompleksin baş planı və ərazisində yaradılan infrastruktur barədə daha ətraflı məlumat www.yasamal.mida.az internet səhifəsində təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq, Agentlik tərəfindən Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışına hazırlıq məqsədilə görülən işlər çərçivəsində təqdim olunub.
Təmiri başa çatdırılmış ilk mənzillərin görüntülərini təqdim edən video-çarx ilə www.mida.gov.az internet-saytının ana səhifəsində “təmir nümunələri” keçidi vasitəsilə tanış olmaq mümkündür.
[embed]http://www.youtube.com/watch?v=JmHUnuNf83k[/embed]



Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Gözlənilən gün gəldi-Vətəndaşların DİQQƏTİNƏ
Güzəştli şərtlərlə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Sabahdan "güzəştli mənzil"lərin satışına başlanılır
Ucuz ev almaq istəyənlərə ŞAD XƏBƏR
Güzəştli şərtlərlə ev almaq istəyənlərə ŞAD XƏBƏR
Samir Nuriyev: “Yasamal Yaşayış Kompleksində bütün işlərin yekunlaşması 2019-cu ilə planlaşdırılır”
Evi olmayanlara ŞAD XƏBƏR: yeni güzəştli mənzillər satışa çıxarılacaq
Gözlənilən gün gəldi- Mənzil almaq istəyənlərə şad xəbər
Güzəştli mənzil satışı tamamlandı
Daha 503 güzəştli mənzil satışa çıxarılır
Növbəti güzəştli mənzil satışının TARİXİ AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 