AMEA-nın görkəmli elm adamlarının adını daşıyan mükafatlarına layiq görülmüş alimlərin adları açıqlanıb.
ONN media xəbər verir ki, AMEA Rəyasət Heyətinin aprelin 5-də keçirilmiş növbəti iclasında 6 alimin adlı mükafatlarla təltif olunması haqqında qərar qəbul edilib.
Müxtəlif kristal quruluşu olan və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində silsilə elmi-tədqiqat işlərinə görə akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal ƏkpərovAMEA-nın Həsən bəy Zərdabi adına, Azərbaycan incəsənətində böyük xidmətlərinə görə xalq rəssamı Tahir Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, üzvi sintez reaksiyalarında və molekulların dizaynında qeyri-kovalent rabitələrin və “spider effect” rolu sahəsində apardığı fundamental tədqiqatlara görə akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına, Azərbaycanda palçıq vulkanizmi sahəsində fundamental tədqiqatların inkişafına verdiyi mühüm töhfələrə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyev AMEA-nın akademik Musa Əliyev adına, Azərbaycan qədim dövr tarixinin tədqiqi və təbliğində xidmətlərinə görə akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüblər.
Qaliblərin hər birinə beş min manat məbləğində pul mükafatı veriləcək.



AMEA-nın Adlı mükafatları təqdim olunub
Şamaxı Rəsədxanasına baş direktor seçildi
AMEA-da iki vacib təyinat
AMEA-da prezident seçkiləri keçiriləcək
AMEA "AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edir
"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
Dadaş Hüseynova yüksək vəzifə verildi
Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçildi
AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
Ramiz Mehdiyevə daha bir vəzifə verildi
AMEA-da iki akademik üzvlükdən kənarlaşdırıldı
Yeni mərkəz yaradıldı: akademikə vəzifə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 