ONN media xəbər verir ki, iyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatları sahiblərinə təqdim olunub.
Yarımkeçiricilərdə elektrikkeçirmə mexanizminin aktual problemlərinə həsr olunmuş fundamental elmi tədqiqatlarına, nadir torpaq elementləri ilə aktivləşdirilmiş birləşmələr əsasında effektiv rəngli lümenessent şüalanma mənbələrinin tədqiqinə verdiyi mühüm töhfələrə görə akademik Bahadır Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına mükafatları ilə təltif olunublar.
Qeyri-kovalent əlaqələrin, "dopinq" və "spayder" effektlərinin zərif üzvi sintez reaksiyalarında və molekulların dizaynında rolunun müəyyən edilməsində, aktiv nanoquruluşların sintezi, müxtəlif mühitlərdə stabilləşdirilməsi və tətbiqi sahəsində tədqiqatlara görə akademik Abel Məhərrəmova AMEA-nın akademik Yusif Məmmədəliyev adına, "Dünya palçıq vulkanları atlası" (Azərbaycan, rus və ingilis dillərində) adlı fundamental elmi əsərinə, eləcə də unikal təbiət hadisəsi olan palçıq vulkanizminin geologiyasının, geotektonikasının, geokimyasının və mineralogiyasının öyrənilməsi sahəsində çoxillik elmi fəaliyyətinə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyevə AMEA-nın akademik Musa Əliyev adına, Azərbaycan və Yaxın Şərqin erkən orta əsrlər tarixinin mənbəşünaslıq, regionun sosial-iqtisadi, siyasi-mədəni problemlərinin və tarixi coğrafiyasının tədqiqi, təhlili və təbliğinə görə akademik Nailə Vəlixanlıya AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı verilib.
Qeyd edək ki, xalq rəssamı Tahir Salahov orijinal üslubu və elmi əsaslı təkraredilməz yaradıcılığı ilə müasir Azərbaycan rəngkarlıq məktəbini dünya səviyyəsində tanıtdığına görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatına layiq görülüb.
Xatırladaq ki, mükafatlar üzrə müsabiqə Rəyasət Heyətinin 15 fevral 2018-ci il tarixli qərarı ilə elan edilib. Rəyasət Heyəti bu il aprelin 5-də keçirilən iclasında müsabiqənin nəticələrinə uyğun olaraq alimlərin sözügedən mükafatlara layiq görülməsini qərara alıb.



Bu alimlər mükafatlandırıldı - Siyahı
AMEA-da iki vacib təyinat
Şamaxı Rəsədxanasına baş direktor seçildi
AMEA "AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edir
"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
Dadaş Hüseynova yüksək vəzifə verildi
AMEA-da prezident seçkiləri keçiriləcək
Ramiz Mehdiyev mühüm SƏRƏNCAM İMZALADI - Yeni komissiya yaradıldı
AMEA-nın prezidenti akademiyanın gənc alim və mütəxəssisləri ilə görüşüb
Ramiz Mehdiyev yeni direktor təyin etdi
Möhsün Nağısoylunu o əvəz edəcək
AMEA-da bəzi kadr təyinatları oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 