“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk toplantısı keçirilib.
ONN media xəbər verir ki, toplantıda bankın 2018-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələri, daxili komitələrinin tərkibi və əsasnamələri, bankın təşkilati strukturu, İdarə Heyətinə 2 yeni üzvün qəbulu və cari məsələlərə baxılıb.
Qeyd edilib ki, Azərbaycan dövlətinin dəstəyi ilə sağlamlaşdırma prosesini uğurla başa çatdırmış Azərbaycan Beynəlxalq Bankı hazırda yeni inkişaf mərhələsindədir. Bankın kapital mövqeyinin bərpası, dayanıqlılığı, gəlirliliyi təmin olunub. Görülən işlərin müsbət nəticəsi kimi, Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin ilk rübünü mənfəətlə başa vurub. Ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutu kimi bankın fəaliyyətinin səmərəliliyinin və effektivliyinin artırılması, idarə edilməsinin müasir korporativ standartlar əsasında təşkili, kadr siyasətinin təkmilləşdirilməsi və s. istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı kimi, Müşahidə Şurasının iclasında bankın daxili komitələrinin tərkibi və onların yeni əsasnamələri təsdiqlənib. Azərbaycan Beynəlxalq Bankının təşkilati strukturunun optimallaşdırılması, institusional inkişafı məqsədilə qabaqcıl təcrübəyə uyğun bir neçə ixtisaslaşmış struktur bölmənin yaradılmasına, bəzi struktur bölmələrin isə yenidən təşkilinə qərar verilib.
Müşahidə Şurasının iclasında Bankın İdarə Heyəti sədrinin müavini Aqşin Əmirov İdarə Heyətinin üzvü və bankın Baş risk inzibatçısı təyin edilib. Nəbi Əliyev isə İdarə Heyətinə üzv qəbul edilməklə İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı vəzifəsinə təyin olunub.
Bildirilib ki, ABB-nin gələcək fəaliyyət strategiyasının hazırlanması istiqamətində iş gedir, strateji hədəflərə nail olmaq, bankın ən mükəmməl xarici təcrübəyə uyğun dayanıqlı inkişafını təmin etmək üçün bütün imkanlardan istifadə ediləcək.



ABB Rusiya və Gürcüstan bazarını tərk edir
“Moody's” “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərini yüksəldib
Bu bankın rəhbərliyində YENİ TƏYİNATLAR var
Beynəlxalq Bankın rəhbərliyində dəyişiklik – Yeni təyinatlar
Azərbycanın bu bankı özəlləşdirilir
Daha bir bankın lisenziyası ləğv edilir?
Kapital Bank-la Visa kartlarına komissiyasız köçürmələr
Azərbaycanın xarici dövlət borcu niyə artıb? — Maliyyə Nazirliyindən açıqlama
Bu banklar da bağlana bilər — SİYAHI
Beynəlxalq Bankın İdarə Heyətində DƏYİŞİKLİK - Murad Şirəliyev vəzifəsindən...
Sabiq nazirin oğluna vəzifə verildi
Samir Şərifov: "Dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var"
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 