“Moody’s” Beynəlxalq Reytinq Agentliyi 26 yanvar 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərini yüksəldib.
ONN media xəbər verir ki, bu barədə bankdan APA-ya bildirilib.
Qeyd olunub ki, bankın xarici və yerli valyutada olan uzunmüddətli reytinqləri “Caa1” səviyyəsindən “B3” səviyyəsinə qaldırılıb. Baza kredit qiymətləndirilməsi (BCA) “caa3” pilləsindən “caa2” pilləsinə, qarşı tərəf uzunmüddətli risk qiymətləndirilməsi isə B3(cr) pilləsindən B2(cr) pilləsinə yüksəlib. Bankın uzunmüddətli depozit reytinqləri pozitiv proqnozla dəyərləndirilib.
Agentliyin yeni reytinqlərlə bağlı şərhində bu müsbət dəyişikliklərin Azərbaycan Beynəlxalq Bankının aktiv və öhdəliklərinin restrukturizasiyasının nəticələrini əks etdirdiyi bildirilib. Bankın kapital mövqeyinin güclənərək müəyyən edilmiş normativ tələblər səviyyəsini ötməsi, problemli aktivlərin ötürülməsi nəticəsində kredit portfelinin keyfiyyətinin yaxşılaşması da qeyd edilib. Eyni zamanda, bildirilib ki, verilən dövlət dəstəyi ilə yanaşı, bank tərəfindən xərclərinin optimallaşdırılması və gəlirliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər onun mənfəətliyini də bərpa edib.
Agentliyin rəyində vurğulanıb ki, görülmüş tədbirlər nəticəsində bankın birinci dərəcəli kapitalının adekvatlıq əmsalı 20,8%-ə yüksəlib, kapitalının risk dərəcəsi üzrə ölçülmüş aktivlərinə nisbəti (Tangible Common Equity to RWAs) əmsalı isə 16.8% təşkil edib.
Bununla “Azərbaycan Beynəlxalq Bankı” MDB məkanında ən yaxşı kapital göstəricisinə malik banklardan biri olub.
Rəydə o da qeyd olunub ki, gələcək inkişaf göstəricilərindən asılı olaraq növbəti mərhələlərdə bankın reytinqləri yenə yüksəldilə bilər.



Beynəlxalq Bankın rəhbərliyində yeni təyinatlar
Azərbaycanın kredit reytinqləri təsdiq edildi
ABB Rusiya və Gürcüstan bazarını tərk edir
Azərbycanın bu bankı özəlləşdirilir
Dolların bu günə olan məzənnəsi
Daha bir bankın lisenziyası ləğv edilir?
Avropa Bankı Azərbaycanla bağlı 51 milyonluq krediti təsdiqlədi
İpoteka şərtləri sadələşdirilib?- Rəsmi
Azərbaycanın valyuta ehtiyatları 53 milyard dolları keçdi
Beynəlxalq Bankın rəhbərliyində dəyişiklik – Yeni təyinatlar
Beynəlxalq Bankın İdarə Heyətində DƏYİŞİKLİK - Murad Şirəliyev vəzifəsindən...
Azərbaycanın xarici dövlət borcu niyə artıb? — Maliyyə Nazirliyindən açıqlama
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 