ONN media xəbər verir ki, aprelin 14-də “Aqrolizinq” ASC-nin Şirvan şəhər Təchizat Bazasında fermer və torpaq istifadəçilərinə ölkəyə gətirilən müxtəlif növ kənd təsərrüfatı texnikası təqdim olunub.
Bu münasibətlə təchizat bazasında təşkil olunan tədbirdə fermerlər, torpaq mülkiyyətçiləri, məhsul istehsalçıları və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Aqrar sektorun inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində görülən işlərdən danışan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov yeni texnikaların üstünlüklərindən danışıb. Bildirib ki, 2018-ci ildə “Aqrolizinq” ASC tərəfindən pambıqçılıqda istifadə olunması üçün 3460 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikası sifariş verilib. Artıq bu texnikaların bir hissəsi respublikaya gətirilərək istehsalçılara paylanılıb.
Vurğulanıb ki, kənd təsərrüfatının müxtəlif sahələrinə dair Dövlət proqramlarına əsasən ölkəyə çəltikçilik, çayçılıq və sitrus meyvələrinin inkişaf etdirilməsi məqsədilə müasir texnikalar gətirilməkdədir. Bu il ilk dəfə olaraq çəltikçiliyin inkişaf etdirilməsi məqsədilə Yaponiyanın “Kubota”, Cənubi Koreyanın “Kito Deadonq” firmalarının istehsalı olan 30 ədəd yeni çəltikçilik texnikası gətirilib. Bu maşınlar arasında kiçik sahələrdə çəltik əkən və çəltik becərən texnikalar da var. Texnikaların əksəriyyəti çəltikçilik üzrə ixtisaslaşmış Lənkəran, Astara, Masallı rayonlarında fermerlərə təqdim olunub.
Həmçinin qeyd edilib ki, ölkədə taxılçılığın inkişaf etdirillməsi ilə əlaqədar olaraq 2018-ci ildə ABŞ-ın “Con Deer”, Almaniyanın “Claas”, Finlandiyanın “Sampo” və başqa firmaların istehsalı olan 260 ədəd taxılyığan kombaynın gərilməsi də nəzərdə tutulur. Artıq ölkəyə 50-yə yaxın taxılyığan kombayn gətirilib. “Aqrolizinq” ASC-nin təchizat bazasında olan “Sampo”, “Con Deer” və digər yüksək məhsuldarlıqlı taxılyığan kombaynlar taxıl istehsalçılarına veriləcək.



Yeni kənd təsərrüfatı texnikaları pambıq istehsalçılarına təqdim olundu
Gəncədə avtomobil zavodunda istehsal olunan texnikalara baxış keçirilib
Pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
Saatlıda pambıqçılıqla əlaqəli növbəti müşavirə keçirilib
Son iki ildə Azərbaycanda pambıqçılıqda istifadə üçün 5700 ədəd texnika alınıb
Nazirliyə məxsus şirkət adını və formasını dəyişir
Yeni il yarmarkalarını hansı şirkət təşkil edəcək?
Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayır
Bu şəxslərə dövlət tərəfindən kombayn veriləcək?
Aqrar Xidmətlər Agentliyinə yeni TƏYİNAT
Pambıqçılığa həsr olunmuş iclas keçirilib
Yevlax rayonunda "Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili"nə dair müşavirə keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 