Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət ünvanlayaraq bəzi tövsiyələr verib.
ONN media-nın məlumatına görə, idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin yeni rəisi, polis mayoru Rüfət Quliyev bildirib ki, son günlər qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili aparılıb: “Aparılan təhlillər göstərir ki, ağır nəticəli qəzaların əksəriyyəti mövsümün dəyişməsi ilə əlaqədar havaların tez-tez yağmurlu, çiskinli və dumanlı keçməsi, eləcə də ayrı-ayrı sürücülərin sükan arxasına yorğun və yuxusuz vəziyyətdə əyləşmələri səbəbindən baş verir. Hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə uzaq məsafəli yolda nəqliyyat vasitəsini idarə edən sürücülərin 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etmələrinin vacibliyi nəzərə alınaraq, Baş DYP İdarəsi bu səbəblərdən baş verə biləcək yol qəzalarının qarşısının vaxtında alınması məqsədilə bir daha sürücülərin diqqtinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə ciddi nəzarət edilsin və yolboyu onun sazlığını nəzarətdə saxlanılsın.
Bununla əlaqədar respublika əhəmiyyətli avtomobil yollarında yerləşən DYP-nin stasionar postlarında müvafiq şərait yaradılıb, nəqliyyat vasitələrinin dayanması üçün xüsusi meydançalar təşkil edilib. Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün və sərnişinlərinizin həyatıdır”.



Yol polisindən rayonlara gedən sürücülərə XƏBƏRDARLIQ
DİN bu şəxslərə müraciət etdi
DYP -dən sürücülərə MÜRACİƏT
Yol Polisindən sürücülərə xəbərdarlıq
DYP-dən isti hava ilə bağlı sürücülərə müraciət
DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT
Yol polisindən SÜRÜCÜLƏRƏ MÜRACİƏT
DYP hərəkət iştirakçılarına müraciət edib
Yol polisindən sürücülərə MÜRACİƏT
Sürücülərin DİQQƏTİNƏ
DYP sürücülərə müraciət etdi
DYP bu sürücülərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 