Son günlər qeydə alınmış ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların baş verməsinin əsas səbəblərindən biri də məhz sürücülərin sükan arxasında diqqətsizliyidir.
Baş Dövlət Yol Polisi İdarəsindən ONN media-ya verilən məlumata görə, bu səbəbdən baş verə biləcək yol qəzalarının qarşısının alınması məqsədilə bir daha sürücülərin diqqətinə çatdırlır ki, nəqliyyat vasitələrini idarə edərkən son dərəcə diqqətli olmalı, sürət rejimini nəzarətdə saxlamalı, yol nişanlarına və nişanlanma xətlərinə diqqət yetirməli, sərnişinlərlə və ya mobil telefonla diqqəti yayındıra biləcək söhbətdə iştirak edilməməlidir.
Qəzaların analizi həmçinin göstərir ki, bir çox yol-nəqliyyat hadisəsinin qarşısının alınması, yaxud daha az zərərlə nəticələnməsində sərnişinlərin xüsusi rolu olur. Belə ki, öz təhlükəsizliyi naminə həyatını sürücünün ixtiyarına buraxmayan, mənzil başına sağ-salamat çatmaq istəyən sərnişinlərin ayıq-sayıqlığı, yolboyu sürücünün qaydalara riayət etməsinə, onun nəqliyyat vasitəsini idarə etmə qabiliyyətində olub-olmamasına diqqət yetirməklə sürücünün görmədiklərinə vaxtında reaksiya vermələri və ən azı onun diqqətini yayındırmamaları yüzlərlə qəzanın, o cümlədən ölüm və xəsarətin qarşısını alıb.
İdarə bir daha iştirakçı kateqoriyasından asılı olmayaraq küçə və yollarda hərəkət edən hər bir şəxsi son dərəcə diqqətli olmağa, tələsmək bəhanəsi ilə 100-200 metrlik məsafəni qənimət bilib qaydalara əməl etməməklə cahilliyin qurbanına çevrilməməyə, əzizlərinizi, doğmalarınızı gözüyaşlı qoymamağa çağırır:
"Eləcə də sürücülərimiz unutmamalıdırlar ki, əllərindəki təkcə sükan deyil, həm də özünün, sərnişinlərinin və piyadaların həyatıdır".



DYP-dən sürücülərə MÜRACİƏT
Yol polisi sürücülərə XƏBƏRDARLIQ ETDİ
Sürücülərin DİQQƏTİNƏ!
DYP sürücülərə və piyadalara müraciət etdi
Yol polisi piyadalara müraciət etdi
DYP-dən sürücülərə HAVA XƏBƏRDARLIĞI
DİN piyada və sürücülərə müraciət etdi
DİN bu şəxslərə müraciət etdi
Yol polisindən sürücülərə MÜRACİƏT
Yol polisindən sürücülərə müraciət
DYP bununla bağlı sürücülərə müraciət etdi
DYP bayramla əlaqədar sürücülərə müraciət edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 