“Heç kəs üçün sirr deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda kommunist libasını geyinmiş erməni millətçiləri – daşnakların əli var idi”.
ONN media xəbər verir ki, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Heydər Əliyevin anadan olmasının 95 lliyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü“ münasibəti ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfransda deyib.
Agentlik rəhbəri deyib ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır...
“Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra müstəqilliyimiz əlimizdən alınmışdır. Əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi!”.
K.İmanovun sözlərinə görə, kifayət qədər güclü olmadığımız və daşnaklara inandığımız halda hay-erməni ikiüzlüyünün qurbanına çevrildik:
“Bu gün qüdrətimizə və iradəmizə əsaslanaraq, dövlət başçımız bəyan edir ki, “Azərbaycan heç bir vaxt imkan verməyəcək ki, bizim tarixi torpaqlarımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpaqlarımızda yaradılıbdır. Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq””.
K.İmanov vurğulayıb ki, haqq-ədalət, beynəlxalq hüquq və tarixi həqiqət göz önündədir.
Agentlik rəhbəri bildirib ki, haylara məxsus olmayan “armen/erməni” etnonimini və “Arminiya” adlı qədim toponimini mənimsəyərək, hay-erməni tarixşünaslığı Türkmənçay müqaviləsinin (1828) bağlanmasından sonra Şərqi və Qərbi Ermənistanın, hətta uydurma “Böyük Ermənistan”ın mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirməyə başladı:
““Şərqi Ermənistan” nədir? Bu, İrəvan xanlığının ərazisində və sonradan hay-erməni iddialarının könlünü almaq üçün əvvəlcə Zəngəzur qəzasının, 1922-ci ildə isə Göyçənin (Şərur-Dərələyəz) Azərbaycandan qoparılıb Ermənistana verilmiş torpaqlarımızın, torpaqsız Sovet Ermənistanının məhz bu cür Azərbaycan əraziləri hesabına yaradılmasıdır. Lakin bu azmış kimi Sovet tarixi elminin dəstəyi ilə erməni tarixşünaslığı hayların bu torpaqlardakı qədimliliyinə dair yalan və uydurmaları tirajlamağa başladı. Bunun üçün bu qondarma torpaqların hay-çar sülalələri uyduruldu, “Şərqi Ermənistan”ın Rusiyaya xəyali birləşməsi aspektində Kürəkçay müqaviləsinin müddəaları təhrif olunmağa başlandı, Qafqaz Albaniyasının tarixi, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəni irsi, ümumiyyətlə hay-ermənilərin bu ərazilərdə avtoxtonluğunu “sübut” edə biləcək hər bir şey saxtalaşdırılaraq mənimsənilməyə məruz qaldı”.



İstanbulda Heydər Əliyevin 95 və AXC-nin 100 illiyinə həsr olunmuş sərgi keçirilir
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
28 aprel Azərbaycan Xalq Cümhuriyyətinin süqutu günüdür
Bakıda beynəlxalq simpozium keçiriləcək
Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqalə “The London Post” qəzetində
İlham Əliyev: Bu, tarixi hadisə idi, çünki ilk dəfə...
İlham Əliyev millət vəkillərini təltif etdi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yeni zirvə fəth olunub
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalanıb
Bakı Kristal Zalında AXC-nin 100 illiyinə həsr olunmuş konsert keçirilir
Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 