Yol boyu 10 min p-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.
ONN media xəbər verir ki, Paytaxtın Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonlarının əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsi təmir edilir.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O bildirib ki, 3.5 km uzunluğa malik küçənin artıq 1.1 km əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib: "Sözügedən hissə Nərimanov rayonunun böyük və hərəkət intensivliyi ilə seçilən küçələri — Əliyar Əliyev, Ağa Nemətulla, Əhməd Rəcəbli, Həsənoğlu küçələri ilə kəsişir. Küçənin bu ərazisındə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət və 28 min kv.m sahəni əhatə edən yeni asfalt-beton örtük döşənib".
Bundan başqa təmir-tikinti işləri zamanı küçənin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri arasında yerləşən hissəsində 500 kv.m sahədə 150 metr uzunluğunda və 2-4 metr enində yeni yol ayrıcı inşa olunub, yeni işıq dirəkləri quraşdırılıb: "Yeni inşa edilən yol ayrıcına, həmçinin Əhməd Rəcəbli və Həsənoğlu küçələri arasında yerləşən hissədə mövcud yol ayrıcına 755 kv.m tamet daşları döşənib. Məqsəd həmin ərazidə avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətini təmin etməkdir".
Nəcəflinin sözlərinə görə, Təbriz küçəsinin yenicə təmirdən çıxmış hissəsində mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə 6 ədəd yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin dəmir-beton hissələri qaldırılaraq 30 ədəd yeni baxış qapaqları qoyulub. Küçənin qalan 2.4 km-lik hissəsində isə hazırda təmir-tikinti işləri davam etdirilir.
"Yenidənqurma işləri zamanı küçənin 45 min kv.m sahəsi frezlənib, küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 2.9 km uzunluğunda yeni su xətləri, 1.5 km uzunluğunda isə yeni qaz xətləri çəkilib, mövcud rabitə xətləri yenilənib, yol boyu 6.5 km uzunluğunda yeni səki daşı düzülüb. Ümumilikdə isə yol boyu 10 min p-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub" — deyən AYDA təmsilçisinin dediyinə görə, sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədi ilə işıqlandırma sistemi yenilənir, 8 yerdə avtobus dayanacaqlarının önündə xüsusi "cib"li hissələr yaradılır.



Bakıda bu yolun asfaltlanmasına başlanılıb
Bu küçədə təmir işləri başa çatdı
Paytaxdın bu küçəsi simasını tamamilə dəyişdi - Fotolar
Bu küçədə təmir işlərinə başlanılıb
Bakıda bu küçə təmir edildi
Bakıda bu küçələr təmir olunur
Bakıda bu küçənin bir hissəsi təmir edildi
Xətaidə 2 əsas küçə təmir edilir
Bakının bu küçəsi istifadəyə verildi
Bakıda daha bir küçə təmir edilir
Bu küçədə təmir işləri yekunlaşdı
Bakıda bu küçənin təmiri yekunlaşdı - Video
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 