Paytaxt yollarında yaranan tıxac və sıxlığı yaradan hallar diqqətdə saxlanılır.
Bakı şəhərinin küçə və prospektlərdə günün pik saatlarında yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə kampaniya xarakteri daşımayan tədbirlər davam etdirilir.
ONN media xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, inzibati ərazi üzrə avtomobil hərəkətinin intensiv olduğu istiqamətlərdə yol təmiri ilə əlaqədar olaraq, sürücülər təmkinlə və ehtiyatla qaydalara əməl etməlidir: "Xüsusilə, yerlərdə aparılan monitorinq və araşdırmalar göstərir ki, təmirlə bağlı məhdudlaşdırılan yollarda sürücülərin əksəriyyəti qarşı yola keçməklə üstünlüyü olan avtomobilin hərəkətini dayandırmaqla sünü tıxacın yaranmasına səbəb olur".
Vaqif Əsədov qeyd edib ki, yol qovşaqlarında hərəkət işıqforlala, yol nişanları ilə nizamlanır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, bir sıra hallarda yollarda qurulan texnologiyalara məhəl qoyulmur:
"Süni olaraq yaranan tıxacların və sıxlığın aradan qaldırılması, yaxud yaranmaması üçün əlavə yol polisi tərəfindən naryad-qüvvələr cəlb olunur. Günün pik saatlarında süni tıxac və sıxlığın intensiv olduğu yollarda vəziyyətin aradan qalxması üçün hər bir sürücüyə tövsiyyə olunur ki, nəzərdə tutulan zolaq üzrə hərəkətə üstünlük verməklə avtomobillərini idarə etsinlər.
Müqayisə və ya istinadla deyə bilərik ki, hər bir şəhər sakini evdən çıxıb hansısa ünvana gedərkən ilk olaraq mənzil başına tez çatmaq haqqında fikirləşir. Ancaq hər bir hərəkət iştirakçısı tək özünü yox, başqalarını da düşünməli, “tələsirəm” deyib, yolda zəncirvarı problemlər yaratmamalı, tövsiyələrə həssas yanaşmalıdır".
İdarə rəsmisi vurğulayıb ki, yollarda hər bir hərəkət iştirakçısının konkret vəzifəsi ondan ibarətdir ki, qaydalara əməl etməli, məsuliyyətini dərk etməklə, təkcə özünün yox, başqalarının da hüquqlarına hörmətlə yanaşmalıdır.



Bakı yollarında tıxacın əsas səbəbi nədir?- AÇIQLAMA
DİQQƏT: Zəfər paradına görə bu yollar BAĞLANIR - RƏSMİ
DYP sürücülərə növbəti dəfə xəbərdarlıq etdi
DYP bu şəxslərə müraciət etdi
DYP-dən XƏBƏRDARLIQ: “Hava şəraitinə uyğun sürət həddi seçsinlər”
Yol polisi sürücülərə XƏBƏRDARLIQ ETDİ
Yol polisi gücləndirilmiş iş rejiminə keçdi
Bakıda 108 sərxoş sürücü aşkarlandı
Nazir Vaqif Əsədovun yerinə onu təyin etdi
DİQQƏT: Bakının bu yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
DİQQƏT- Hərəkət məhdudlaşdırılır
Hər küçəyə bir polis təyin edə bilmərik - DİN-dən müraciət
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 