İyulun 11-də Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşüb. Ədliyyə Nazirliyi Mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının təminatına xidmət edən məhkəmə-hüquq islahatları, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, regional məhkəmələrin fəaliyyəti barədə məlumat verib, bu sahədə islahatların dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı ilə yeni mərhələdə davam etdirildiyini qeyd edib. İnsan hüquqları üzrə Avropa komissarı kimi ilk dəfə ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq səfərin məqsədinin insan haqlarının, o cümlədən məcburi köçkünlərin hüquqlarının təmini sahəsində dəstək göstərmək olduğunu bildirib, məhkəmə-hüquq sistemindəki islahatları və yenilikləri maraqla qarşılayıb. Səfər zamanı penitensiar müəssisələrə baş çəkmək üçün yaradılmış imkana görə minnətdarlığını bildirən xanım D.Miyatoviç Azərbaycan tərəfinin "açıq qapı" siyasətini qarşılıqlı əməkdaşlığın və etimadın yaxşı təzahürü kimi dəyərləndirib, cinayət qanunvericiliyinin dekriminallaşdırılması məsələsinə toxunub. Komissar cəza siyasətinin humanistləşdirilməsinə dair dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən Cinayət Məcəlləsinə əsaslı dəyişikliklər edilərək bir sıra əməllərin dekriminallaşdırıldığı, humanistləşdirmə tədbirlərinin bu gün də davam etdirildiyi barədə məlumatlandırılıb. Görüşdə həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi, Avropa Məhkəməsinin qərarlarının icrası, bölgələrdə hüquq institutlarının inkişafı, vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi, vəkillərin Ədliyyə Akademiyasında tədrisi və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran suallara aydınlıq gətirilib. Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak ediblər.
İnsan Hüquqları üzrə Avropa komissarı ilə Ədliyyə Nazirliyində görüş



Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş
Ermənistanın Azərbaycana qarşı vəsatəti rədd edilib
ABŞ Azərbaycana 400 min dollar ayırdı
Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri ədliyyə və daxili işlər nazirlərinin görüşü keçirilib
Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi ilə Ədliyyə Nazirliyində görüş keçirilib
Ədliyyə və məhkəmə infrastrukturu müasirləşdirilir
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
Nazir bir sıra beynəlxalq görüşlər keçirdi
AŞPA həmməruzəçiləri İlham Əliyevin imzaladığı əfv sərəncamını alqışladı
Azərbaycan və Latviya Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
Ədliyyə Nazirliyində bu məqsədlə görüş keçirilib
Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının iclası keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 