ONN media xəbər verir ki, may ayının 3-də Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzi (“AqroMərkəz”) və ABŞ-ın Texas A&M Universitetinin mütəxəssisləri ilə görüşüb.
Görüşün məqsədi Azərbaycanda pambıq istehsalının səmərəli təşkili ilə bağlı müzakirələrin aparılması və bu sahədə milli platformanın yaradılması olub.
Nazir İ. Kərimov qonaqları salamlayaraq ölkəmizdə pambıqçılığın kənd təsərrüfatının prioritet sahəsi olduğunu qeyd edib və bu sahədə böyük təcrübəsi olan beynəlxalq təşkilatlarla, həmçinin “AqroMərkəz” təşkilatının həyata keçirdiyi layihəyə dəstək veriləcəyini nəzərə çatdırıb.
Nazir pambıqçılıqla yanaşı, kənd təsərrüfatının digər sahələrinin də - məhsul istehsalının artırılması, analitik təhlillərin aparılması, mövcud problemlərin həlli ilə bağlı təkliflərin hazırlanması, aqrodəstək tədbirlərin səmərəliliyinin yüksəldilməsi və eyni zamanda aqrar məhsulların ticarətinin optimallaşdırılmasının ümumilikdə aqrar sektorun inkişafına təsir edəcəyini bildirib.
“AqroMərkəz” haqqında məlumat verən qonaqlar bildiriblər ki, təşkilat 2017-ci ildə Azərbaycanın strateji əhəmiyyət daşıyan kənd təsərrüfatı məhsulları üzrə infrastrukturun gücləndirilməsi, bu sahədə təlim və tədris sisteminin inkişaf etdirilməsi məqsədilə yaradılıb. Həmçinin qonaqlar Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri ilə birlikdə regionlara səfər edərək pambıq istehsalının təşkili ilə əlaqədar ilkin məlumat əldə etdiklərini diqqətə çatdırıblar.
Qeyd edək ki, Texas A&M Universitetinin mütəxəssislərinin ölkəmizə səfərinin məqsədi, “AqroMərkəz” təşkilatının nümayəndələri ilə birlikdə ölkəmizdə pambıq istehsalının səmərəli təşkili ilə əlaqədar araşdırma aparmaqdan ibarətdir.



İnam Kərimov Macarıstanın xarici işlər naziri ilə görüşüb
Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb
Yeni nazir Cocuq Mərcanlıda
Nazir yarmarkalardan danışdı
Yeni nazir kollektivə təqdim olundu
İnam Kərimov 3 əsas fəaliyyət prinsipini açıqladı
Yeni nazir Quzanlıda fermerlər ilə görüşüb
İnam Kərimov Türkiyədə səfərdə olub
Nazir müavini:"Rusiya bizim ənənəvi partnyorumuzdur"
Kərimov vəzifəsindən AZAD EDİLDİ
Nazirdən AÇIQLAMA- “Ərzaq məhsulları 50 faiz ucuzlaşacaq”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 