Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə mayın 8-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu onun məzarını ziyarət edib.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Hərbi qulluqçular, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və məktəblilərin iştirak etdiyi anım mərasimi şəhidlərimizin ruhuna duaların oxunması ilə başlayıb. Daha sonra mərasim iştirakçıları İ.Mirzəyevin məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüblər.
Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Milli Qəhrəmanın şərəfli həyat yolu, vətənpərvərliyi, göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri barədə danışılıb.
Çıxış edənlər İ.Mirzəyev kimi igid vətən oğullarının xalqımızın yaddaşında əbədi yaşayacağını, onların qəhrəmanlığının gənc nəsil üçün örnək olduğunu xüsusi vurğulayıblar.
Milli Qəhrəmanın ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər



Milli Qəhrəmanın məzarı ziyarət edildi
Tovuz döyüşlərində şəhid olan hərbçilərin anım mərasimi keçirildi
Şəhid İlqar Mirzəyevin ailəsinə medal təqdim edildi
Mübariz İbrahimov hərbiçi yoldaşları tərəfindən anıldı
Vətən Müharibəsi şəhidləri anım günlərində yad edildi
Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib
Polad Həşimovun məzarı ziyarət edildi
Polad Həşimovun xatirəsi yad edildi
Zərdabda Xocalı faciəsinin anım günü keçirildi
Kursantlarımızın andiçmə mərasimi keçirildi
Şəhid Elçin həsənlinin doğum günü qeyd olundu
Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyev yad edilib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 