Əfəndilər!
Məşhur alman filosofu Hegel demişdir: "İnsanların tarixdən aldıqları əsas dərs bundan ibarətdir ki, onlar ondan heç bir dərs ala bilmirlər." Bəli, şanlı tariximizə nəzər salsaq görərik ki, tarixdən dərs almadığımız üçün zaman-zaman məkrli düşmənlərimiz başımıza müsibətlər açıb, qardaşı-qardaşa qırdırıb.
Məkrli Türk düşmənləri tarixən çalışıblar ki, türk xalqı yaşadığı coğrafiyadan asılı olmayaraq öz milli mənliyini, milli kimliyini unutsun və bu istiqamətdə əllərindən gələni ediblər. Sizcə niyə?! Elə bu yerdə Türk dünyasının atası Mustafa Kamal Atatürkün qiymətli bir kəlamını sizlərə xatırlatmağı borc bildim: "Bilək ki, milli mənliyini bilməyən millətlər, başqa millətlərə yem olarlar." Böyük Atamız bu sualın cavabını çox sərrast olaraq bizlərə və bizdən sonra gələn nəsillərə bildirib. Eyni zamanda ümummilli lider Heydər Əliyevin "Tarix həmişə hər şeyi öz yerinə qoyur" kəlamını xatırlatmaq istəyirdim. Bəli, bu gün artıq tarix hər şeyi öz yerinə qoyur. Bizlərin isə bundan sonra tariximizin bizə yaşatdığı faciələrdən dərs çıxararaq ağıl, təmkin və böyük əzmlə dədə nəsihətlərinə istinadən hər an dədə kökə bağlı vahid VƏTƏN naminə çalışmalıyıq. Bu şərəfli yolda heç kimin səhv etmyə haqqı yoxdur. Əsrlərdir gördük ki, zamanında etdiyimiz səhvlər, biz Türklərə çox ağır nəticələr verdi. Lakin sarsılmadıq, əzilmədik və milli kimliyimizdən - dədə kökdən ayrılmadıq. Bu yerdə milli azadlıq ruhunu daşıyaraq rus imperiyasına qarşı mübarizə aparan Əbülfəz Elçibəyin sözlərini xatırladım: " Sən Türk olduğunu unutsan da, düşman əsla unutmaz!" Əfəndilər! Bunu əsla unutmayın! Və əlbəttə ki, dədəmiz Bilgə Xaqanın nəsihətini unutmadıq: "Ey Türk milləti, titrə və özünə dön, sən özünə dönəndə böyük olursan!!!" Elə bütün bu dədə nəsihətlərə, türk törəsinə sadiq olan müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlunun "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır" bəyanatı da əbəs deyil!
Əfəndilər!
Beləliklə, tarixini unutma!
Utanc tariximizdən! 03.06.1989-cu il, Axısqa Türklərinə qarşı törədilən Fərqanə Faciəsinin ildönümüdür!
Tarixdən bəllidir ki, məkrli TÜRK düşmənləri daima qardaşlar arasına fitnə salıb.Əfsuslar olsun ki, zaman-zaman bu fitnəyə elə özümüz də alət olmuşuq. Növbəti belə fitnə 1989- cu ilin bu günündə canımızdan bir parça olan axısqalı qardaşlarımıza öz əlimizlə vuruldu! Tarix gələcəkdə faciələrin yaşanmaması, fitnəkara fürsət verilməməsi üçün yaddaşlarımızda qalmalı və gələcək nəsllərə ötürülməlidir.
Yeri gəlmişkən bir məsələni qeyd etmək istəyirəm. Faciənin 30 illiyində dəyərli qardaşımız, Azərbaycanda yaşayan Axısqa Türkləri VATAN İctimai Birliyinin Sədri İsmayıl Rəhimov Azərbaycan xalqına təşəkkür edəndə dəyərli qardaşımıza yazdığım cavabdan bir hissəni xatırladıram: " ... Bu ağır gündə Azərbaycan xalqına təşəkkür edirsiniz. Var olun. Amma qardaşa qardaşının yanında olduğu üçün təşəkkür düşməz. Bu qardaşlıq borcudur. Bu borcu Azərbaycan yerinə yetirməli idi,onu da yetirdi..."
O, faciəli günlərdə həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun. Başın sağ olsun, TURAN!
Hörmətlə, Cavid İsmayıl,
"Turan Araşdırma Mərkəzi" İB-sədri.
#CavidIsmayil #TuranAraşdırmaMərkəzi #IsmayılRahimov #Ahısqa #Axısqa
#CavidIsmayil #TuranAraşdırmaMərkəzi #IsmayılRahimov #Ahısqa #Axısqa



Kılıcdaroğlu, Türkün yolu Qızıl Alma, sənin yolun qara zülmətdir! – Cavid İsmayıl YAZIR
Dünyaya mənəviyyatımızı, mübarizliyimizi göstərək - Cavid İSMAYIL yazır
O BİR TÜRK OĞLU! – Cavid İSMAYIL yazır
Onlar düşməndən də təhlükəlidir - Cavid İSMAYIL yazır
İçimizdə yetişdirilən satqın toxum!- CAVİD İSMAYIL YAZIR
Nərimanov: “Paşam, biz qardaşıq...” – Cavid İsmayıl yazır
Vətəndən torpaq istəyənə torpaq verək, amma... - Cavid İSMAYIL yazır
Qurtuluşun qutlu olsun, ƏRZURUM - Cavid İSMAYIL yazır
Başçının diqqəti və fikri hansı səmtdədir? – Cavid İSMAYIL yazır
Vur, Azərbaycan ƏSGƏRİ! – Cavid İSMAYIL yazır
Türk xalqı bu əsrə gözu yumulu girmədi – Cavid İSMAYIL yazır
TÜRK XALQI BU ƏSRƏ GÖZU YUMULU GİRMƏDİ – CAVİD İSMAYIL YAZIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 