Cavid İsmayıl - xüsusi olaraq ONN media üçün.
İndi də gürcüləri üzərimizə qızışdıranlar var. Doğrudur düşünürəm ki, təmiz qanlı gürcülər unutmazlar ki, Gürcüstanın 1-ci prezidenti Zviad Qamsaxurdiya dönəmi azərbaycanlılara qarşı törədilən terrorizmə baxmayaraq, məhz ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Gürcüstanla dostluq əlaqələri möhkəmləndi. Müdrik siyasətçi məkrli şeytana imkan vermədi ki, iki xalq arasına atəş düşsün. Təbii ki, burda mərhum Şevarnadzenin də qarşı tərəfdən xidmətləri danılmazdır. Gürcü xalqı tək ortada, soyuqda, istiliksiz, enerjisiz, ərzaq çatışmamazlığı və ən təhlükəli olan dövlətçiliyini itirmə ilə üz-üzə olduğu bir anda, təbii ki yenə də Azərbaycan və azərbaycanlılar gürcülərin köməyinə gəldi. Özümüzdən kəsib dost gürcü xalqına halallıqla yaşam "xətti" verdik! Düşünmürəm ki, təmiz qan gürcü xalqı bunu unuda. Amma tarixdən etdiklərimizin unudulduğu da bizlərə yaxşı bəllidir. Bunu da əsla unutmamalıyıq.
Elə bu yerdə çoxlarının unutduğu, lakin unutmağa və unutdurmağa haqqımızın olmadığı bir qəhrəmanlıq nümunəsini xatırlatmağı özümə borc bildim. Hələ SSRİ dönəmi Gürcüstanda 1987-ci ildə hərbi xidmət keçən qəhrəman oğlumuz şəhid Rahib Gülmalı oğlu Məmmədovun qəhrəmanlığını. 1987-ci ilin fevral ayının 1-dən 2-nə keçən gecə Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində baş vermiş təbii fəlakət zamanı cəsur el oğlumuz böyük fədakarlıq və qəhrəmanlıq göstərərək öz canını qurban verməklə 28 gürcünün canını xilas etmişdir.
Deyirəm talehə bax. Ölümündən bir neçə il sonra, doğulduğu doğma eli Ağdam işğal olacaq, illər sonra uğrunda canını qurban verdiyi gürcülər isə Azərbaycan əsgərinə əl qaldıracaq. Burada məni düşündürən bir sual da var. Görəsən Azərbaycan əsgərinin üzərinə dil uzadanların içində qəhrəman Rahibimizin xilas etdiyi gürcülərdən də olubmu?! Bax biz buyuq! Dostluğa, qardaşlığa canımızı fəda veririk!
İyulun 14-də Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Keşikçidağ” sahəsində gürcülərin azərbaycanlı sərhədçilərə və Vətən torpağımıza basqını bir daha böyük iblisin ətrafımızda dolandığını göstərir. Yenə də bir-iki dəyərsiz marionet kukla tapıb ortaya atıb ərazimizə göz qoyurlar! Bizlər gərək ərazimizə göz qoyanların gözünü tökək! Bəli, bu gün Azərbaycan güclü dövlətdir. Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətlisidir. Lakin bu yetərli deyil! Çünki qalib ordu sözünü döyüşdə deyib qalib olmalıdır. Bu olmadıqca çaqqallar ətrafımızda ulaşacaq və öz vaxtlarını gözləyəcəklər.
Dəyərli dostlar! Son 200 ildən bir az artıq tariximizə fikir versək görərik ki, daima üzərimizə gəlib bizi param-parça ediblər. Mən isə bir təklif verirəm. Gəlin bizdən torpaq istəyənlərə torpaq verək, amma bir qarış kəfənsiz leşlərini torpağımıza gömmək üçün!
Allah qisas günümüzü yaxın etsin! Qürurumuz olan AZƏRBAYCAN ƏSGƏRİ! ÜMİD SƏNƏDİR ANCAQ!!!



Gürcü deputatlar Azərbaycana gəldi
Gürcüstan vətəndaşları Azərbaycan sərhəddində canlı sədd yaratdılar...
Dünyaya mənəviyyatımızı, mübarizliyimizi göstərək - Cavid İSMAYIL yazır
Bir dəfə xəyanət edən mütləq bir daha xəyanət edəcəkdir!- Cavid İsmayıl yazır
NƏ DEMƏK İSTƏYİRSİNİZ? – Cavid İSMAYIL yazır
O BİR TÜRK OĞLU! – Cavid İSMAYIL yazır
Erməni avtoritetlər Nikola qarşı: Amnistiya olmadı...
Tanrı qisas günümüzü yaxın etsin!!! CAVİD İSMAYIL YAZIR
Düşmənimiz kimdir? – Cavid İSMAYIL yazır
Gürcüstan prezidenti: "Gürcü və Azərbaycan xalqlarını..."
Vətən nemətini Vətənin dar günündə yanında olmayanların başından niyə tökürsünüz?! Cavid İSMAYIL yazır
QHT RƏHBƏRİ ORDUYA YAZILDI: "Birinci savaşdan yarımçıq qalmış sözüm var"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 