Azərbaycan UNESKO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, seçkilər 2025-ci il iyunun 20-də UNESCO-nun mənzil-qərargahında “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə” dair 2005-ci il Konvensiyasının 10-cu Tərəflər Konfransı çərçivəsində baş tutub.
Məlumata görə, 2005-ci il Konvensiyasının həyata keçirilməsinə nəzarət edən əsas icra orqanı kimi Hökumətlərarası Komitənin 24 üzvü vardır və üzvlərin səlahiyyət müddəti 4 ildir. Azərbaycan daha öncə 2019-2023-cü illər arasında Hökumətlərarası Komitədə təmsil olunub.
İllik əsasda toplanan Hökumətlərarası Komitənin əsas funksiyaları sırasına Konvensiyanın məqsədlərinin təşviqi, onun həyata keçirilməsinin monitorinqi, tərəflərin dövri hesabatlarının təhlili və Konfransa təqdim olunması, əməliyyat təlimatlarının hazırlanması, ölkələr tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq tövsiyələrin verilməsi, eləcə də Konvensiyanın prinsiplərinin digər beynəlxalq forumlarda təşviqi məqsədilə məsləhətləşmə mexanizmlərinin qurulması daxildir.
Diqqətə çatdırılıb ki, Azərbaycanın sözügedən Komitəyə növbəti dəfə üzv seçilməsi ölkəmizin mədəni müxtəlifliyin qorunması, mədəni ifadə azadlığının təşviqi və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasətinin, həmçinin bu sahəyə verdiyi yüksək önəmin bariz göstəricisidir



Azərbaycan UNESCO-nun komitəsinə üzv seçildi
Əbülfəs Qarayev UNESKO-nun baş direktoru ilə görüşdü
Əbülfəs Qarayev YUNESKO-nun İdarəetmə orqanlarının rəhbərlərinin iclasında
UNESCO-nun sertifikatları Anar Kərimova təqdim edildi
Əliyevlə Pezeşkian birgə bəyanat imzaladı
Azərbaycan və Hindistan arasında Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilir
Azərbaycan dolması UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
Prezidentdən Pərviz Şahbazovla bağlı yeni QƏRAR
Azərbaycan XİN bu ölkələrə təşəkkür etdi
Azərbaycanla Türkiyə arasında bu sənədlər imzalandı - SİYAHI
Azərbaycanla Gürcüstan arasında beş sənəd imzalandı
İlham Əliyev sərəncam imzaladı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 