SOCAR-ın “Azneft” İstehsalat Birliyi Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən vurulan və götürülən qazın həcminin artırılması və anbarların modernləşdirilməsi istiqamətində işləri davam etdirir.
ONN media xəbər verir ki, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov “Natural Gas World” dərgisinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, yeraltı qaz anbarlarının modernləşdirilməsi istiqamətində “Qaradağ” və “Qalmaz” yeraltı qazsaxlama anbarlarının aktiv tutumunun artırılması layihəsi üzrə işləri həyata keçirilir: “Bu qəbildən “Qalmaz” yatağında əlavə 21 quyu qazılmaqla tutumu 500 milyon kubmetr olan yeni qaz anbarının yaradılması və yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq. “Qaradağ” yatağında da birinci tektonik bloka yeni quyuların qazılması və VII horizontunun tam bərpa edilməsi nəzərdə tutulur ki, bunun da nəticəsində 1 milyard kubmetr əlavə qaz həcmi yaradılacaq. Həmçinin, Qaradağda yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq”.
D. İskəndərov qeyd edib ki, hazırda mövsümi keçid dövrüdür: “Aprelin 1-dən etibarən qaz anbarlarına qazın vurulması başlanılıb”.



"Azneft" İB ötən ilin hasilat planını artıqlaması ilə yerinə yetirib
SOCAR yüksək debitli quyunu istismara qəbul etdi
“Günəşli” yatağında yeni quyu istismara verilib
TANAP-ın ötürücülük qabiliyyətinin artırılması planları açıqlanıb
Azərbaycanda yeni neft sazişi təsdiq ediləcək
Azərbaycanda yeni su anbarları tikiləcək - RƏSMİ
Cəbrayıla yeni suvarma kanalı çəkiləcək
"Günəşli" yatağında ölüm hadisəsi... - Rəsmi
Zəyəmçay su anbarının yaradılmasına başlanılıb
Azərbaycanda neft və qaz hasilatı artıb
“Azəriqaz” gecə-gündüz tarifinə keçə bilərmi?
SOCAR-ın gəlirlərini artıran – SƏBƏB
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 