Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb və bu məkanlar 15 may tarixindən başlayan çimərlik mövsümünə tam hazır vəziyyətə gətirilib.
ONN media xəbər verir ki, sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, oyun meydançaları yenilənib və istifadə üçün tam hazır vəziyyətdədir.
Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.
Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub. IDEA nümunəvi ictimai çimərliklər cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.
IDEA İctimai Birliyi hamıya dəniz mövsümündə xoş istirahət arzulayır, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətrafını çirkləndirməməyə çağırır.



Çimərliyə getmək istəyənlər- Bu yazını mütləq oxuyun
Çimərliklər açıldı - Bu ərazilərdə pulsuzdur
Paytaxtdakı ictimai çimərliklərdə yay mövsümünə hazırlıq başa çatdı
Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI
Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verildi
Meriyadan pulsuz çimərliklərlə bağlı açıqlama
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda oldu
Leyla və Arzu Əliyeva sərgidə
Bakıda abadlaşdırılan növbəti həyət istifadəyə verildi
İctimai çimərliklər ödənişli olacaq?
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 