Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsindən istefa verib.
ONN media xəbər verir ki, bugünkü iclasda AFFA-nın İcraiyyə Komitəsi M.Babayevin istefasını qəbul edib. Qərara alınıb ki, milli assosiasiyanın növbəti Konfransınadək Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun.
İclasda həmçinin Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatın davam etdirilməsi, 2018/2019-cu il mövsümündən etibarən əvəzedici komandanın oyununun əsas komandanınkından 1 gün əvvəl keçirilməsi qərara alınıb.
Premyer Liqada gənc futbolçularla bağlı limit də tətbiq olunub. 1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-99-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunub.
Birinci Divizionla bağlı isə AFFA-nın baş katibliyi İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etməlidir.
İclasda, həmçinin Azərbaycan milli komandası barədə baş məşqçi Qurban Qurbanovun qısa hesabatı dinlənilib, lisenziyalaşdırma prosesi ilə bağlı hesabat təqdim olunub.
Qeyd edək ki, Muxtar Babayev daha əvvəl "Sumqayıt"ın Müşahidə Şurasının üzvü vəzifəsindən istefa verib.



AFFA millimizin baş məşqçisi ilə bağlı QƏRAR VERDİ
AFFA-da İSTEFA
"Turan Tovuz" və "Kəpəz" Premyer Liqada
Azərbaycanda yeni milli komanda YARADILDI
AFFA-dan bu kluba rədd cavabı gəldi
Bu çempionat ləğv olundu
FİFA-nın yeni qaydası ölkəmizdə də təsdiqləndi - QƏRAR
AFFA təcili iclasla bağlı məlumat yaydı
AFFA prezidentliyinə namizəd kimdir?
AFFA "Qəbələ"yə pul ayıracaq
Azərbaycan futbolunda İNQİLABİ QƏRAR
Zaur Axundov istefa verdi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 