“Xidmət müqaviləsi ilə işləyənlərin ipoteka kreditlərinə müraciət qaydaları asanlaşıb”.
ONN media Publika.az-a istinadla xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov Nazirlər Kabinetinin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda etdiyi dəyişiklikləri şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, əvvəllər müraciət üçün ən azı 12 ay iş fəaliyyəti tələb edilirdisə, indi bu rəqəm 6 ayadək azaldılıb.
“Eyni zamanda, orta aylıq gəlir hesablanan zaman 12 ay deyil, faktiki ayların sayı nəzərə alınacaq. Yəni, ipoteka krediti üçün müraciət edən vətəndaşımızın yalnız son 8 ayda iş fəaliyyəti varsa, onu gəlirləri cəmlənərək 8-ə bölünəcək. Əvvəllər 12 aydan az fəaliyyəti olanlar ipoteka kreditlərinə müraciət etmək hüququna malik deyildilər.
Dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər hesablanan zaman əvvəlki qaydalara əsasən, kredit üçün müraciət edən şəxsin ən azı 2 il belə fəaliyyət ilə məşğul olması tələb olunurdusa, indi son 1 il sahibkarlıq faəliyyəti ilə məşğul olmaq kifayət edəcək. Dəyişikliyə əsasən, xidmət sahələri üzrə sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği orta aylıq dövriyyənin 40 faizindən deyil, 70 faizindən çox olmayacaq. Yəni, ipotekaya müraciət edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin gəlirinin 70 faizi həcminədək aylıq kredit ödəniş məbləği müəyyənləşdirilə biləcək”.
V.Bayramov onu da vurğulayıb ki, yeni qaydalara əsasən, ipoteka kreditinə müraciətdə aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycanda əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır.
“Məsələn, ipoteka krediti almaq istəyən şəxs xaricdən hər hansı gəliri varsa, onu təsdiq edən sənədə malikdirsə, o zaman həmin məbləğ orta aylıq gəlirin hesablanması zamani istifadə edilə biləcək. Son dəyişikliklər təqdirəlayiq olsa da belə, ipoteka kreditlərinə əlçatanlığın genişləndirilməsi üçün həm adi, həm də sosial ipoteka kreditləri üzrə faizlərin aşağı salınması və ilkin ödənişlərin azaldılmasıma da ehtiyac var”.



İpoteka krediti üzrə orta aylıq ödəniş nə qədərdir?
Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı açıqlama
İpoteka şərtləri sadələşdirilib?- Rəsmi
Verilən ipoteka kreditlərinin məbləği acıqlandı
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Kapital Bank daxili ipoteka kreditinin faizini endirdi!
İpoteka krediti olanlara ŞAD XƏBƏR
Ev almaq istəyənlərə ŞAD XƏBƏR
Kimlərə ipoteka kreditlərində güzəşt olacaq?
İpoteka faizləri aşağı salınmalı və şərtlər yumşaldılmalıdır - Deputatdan TƏKLİF
"Unibank"ın verdiyi ipoteka kreditlərinin həcmi 45% artıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 