Azərbaycan rusiyalıların yay istirahəti üçün ən münasib qiymətləri olan istiqamətlərin ilk üçlüyünə düşüb.
ONN media xəbər verir ki, bu barədə “Skyscanner” məlumat yayıb.
Ekspertlər dünya kurortlarında aviabilet, qalma, qidalanma və digər xərcləri təhlil edib və yay məzuniyyəti üçün ən “cibə uyğun” turizm istiqamətlərinin reytinqini tərtib edib.
Hesablamalarda Rusiyadan olan orta stastistik cütlüyün iki həftəlik səyahət xərcləri nəzərə alınıb.
Ən az xərc tələb edən xarici istiqamətlər arasında Abxaziya bölgəsi siyahıya başçılıq edir. Burada iki nəfərlik səyahət xərcləri, təyyarə bileti, qalma, qidalanma, əyləncə və nəqliyyat xərcləri nəzərə alınmaqla 1396 dollar təşkil edir.
Maddi baxımdan ən əlverişli kurortların reytinqində Azərbaycan ikinci yerdə qərarlaşıb. Çimərlik istirahəti üçün hər cür şəraiti olan Azərbaycanda rusiyalı cütlüyün iki həftəlik məzuniyyəti orta hesabla 1602 dollara başa gəlir.
Siyahıda ilk üçlüyü Vyetnam tamamlayır. İki nəfərin iki həftəlik səyahəti bütün xərclər nəzərə alınmaqla 1608 dollar təşkil edir.
İlk onluğa Türkiyə, Gürcüstan, Albaniya, Rumıniya, Polşa kimi ölkələr də daxil edilib.



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ZƏRƏRDƏ
Azərbaycan MDB və Avropada 1-ci yerə çıxdı
Maliyyə nazirindən ezamiyyə xərcləri ilə bağlı - QƏRAR
Vahid Ələkbərov 17 milyard dollar itirib - Sərvəti nə qədər azaldı?
Vahid Ələkbərov bu siyahıda 3-cü oldu
Ermənistan 10 dəqiqəsi 110 min dollara olan dron gətirtdi
Hərbi xərclərə görə dünyada neçənci yerdəyik?
Müalicə xərcləri ilə bağlı yeni güzəştlər müəyyənləşir
BNA 32 milyon manat ziyan edib - HESABAT
"SOCAR Türkiyə"nin investisiya xərcləri 16 milyardı ötdü
Azərbaycanda suyun qiyməti bahalaşır?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 